Qüsursuz bəzənməyi onlardan öyrənək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 695
Səs ver:
(səs: 0)
Ulduzlar daim diqqət mərkəzində olduğu üçün peşəkarlarla işləyir, hər məsələdə onlarla məsləhətləşirlər. Bu səbəbdən də dünya ulduzları istər saç düzümü, istər makiyaj, istərsə də, geyim məsələsində adi xanımlar üçün ən yaxşı nümunədir.
 
Tanınmışların  saç düzümlərinə nəzər salsaq, deyə bilərik ki, bu il onların çoxu daha sadə stilə meyl ediblər. Mürəkkəb və buruq saçlar artıq çoxdan dəb tarixinin qaranlıq səhifələrinə dəfn olunub. Bir çox ulduz hər vəziyyətə uyğun gələn universal saç düzümlərinə  üstünlük verirlər. Məsələn, Keyt Bosuort kip yığılmış toppuza, Haydi Klumla Kristen Dants isə yüngül yığılmış dağınıq saç düzümünə üstünlük veriblər. Hörükləri seçənlər də az olmayıb. Məsələn, Runi Mara, Reyçel Makadams və Oliviya Palermo romantik hörükləri ilə fərqləniblər. Cennifer Lopez, Keyt Hadson, Yeva Qrin və Emmi Russo isə öz saç düzümündə düşünülmüş səliqəsizliyə yol veriblər. Çünki onlar yaxşı bilirlər ki, açıq qoyulmuş dalğalı saçlar qırmızı xalı üçün ən yaxşı variantdır. Ledi Qaqa isə həm geyimdə, həm də saç düzümündə retro tərzə müraciət edib. Sarı saçlı müğənniyə Merilin Monrosayağı saç düzümü çox yaraşıb.
 
Makiyaja gəldikdə, burada da ulduzların heç biri riskli davranmağa cəsarət etməyib. Oliviya Uayld, Yeva Lonqoriya  və Cennifer Lopezin ağır göz makiyajını çıxmaq şərti ilə heç kim həddindən artıq parıltıya yol verməyib.
 
Gəlin onları bir-bir nəzərdən keçirək...

 

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri