Uzun və sağlam saçlar arzusundasınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 11 119
Səs ver:
(səs: 5)
Xanımlarımıza gözəllik verən amillərdən biri də saçlarıdır.

Təbii ki, hər bir xanım sağlam və gözəl saçlara malik olmaq istəyər. Bəs saçlara neçə qulluq edilməlidir və saç üçün hansı maskalar mövcuddur?
Həkim-kosmetoloq Nazxanım İmanova Qadınlar.biz  informasiya agentliyinə açıqlamasında bildirdirib ki, hal-hazırda hər bir insanın fərqli saç tipləri var.
Saçların 3 tipi var: quru, normal və yağlı. Saça tez-tez jele vurmaq olmaz. Jeleni saçda  bir neçə gün saxlamaq olmaz çünki, saçın tökülməyinə səbəb ola bilər. 2 aydan bir saçlarımızı kəsdirməliyik. Daha sonra həkim hər 3 saç tipi üçün maskalar məsləhət gördü.
Quru saçlar üçün maskalar:
Maska 1: 1 yumurta sarısını 1 xörək qaşığı limon şirəsi,1 xörək qaşığı ayıpəncəsi yağı və ½ stəkan ilıq su ilə qarışdırıb saçlarınıza sürtün. 30 dəqiqədən sonra saçlarınızı yuyun.
Maska 2: 5 xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq quru saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampun ilə yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək lazımdır.
Normal saçlar üçün maskalar:
Maska 3: Ayıpəncəsi və gənəgərçək yağları saçlar üçün çox xeyirlidirlər. Hər iki yağdan 1 çay qaşığı götürərək yuyulmamışdan qabaq saçlara sürtmək olar.
Maska 4: 2 çay qaşığı çobanyastığının üzərinə 1 stəkan qaynar su töküb dəmləyin və süzdükdən sonra sonuncu yaxalanma üçün hazırladığınız suya əlavə edin.
Yağlı saçlar üçün maska:
Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.
Parlaq saçlar üçün maska:
1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçlarınızın uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.
Saçı uzatmaq üçün maska:
Bir yumurtanı 50 qr zeytun yağı ilə qarışdırın və əldə edilən qarışığı saçlarınıza tətbiq edin. Saçlarınızı dəsmal ilə bükün və 1 saat gözləyin. Sonra şampun ilə yuyun. Ən az həftədə bir dəfə bu əməliyyatı təkrarla.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 11 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri