Saçı tökülən hər kəs oxusun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 528
Səs ver:
(səs: 2)
Son vaxtlar saç tökülməsi əhali arasında ən çox yayılmış problemlərdən biridir.

İlk olaraq saç tökülməsinin səbəblərindən danışan həkim bildirib ki, onların arasında hormonal balans, əksərən irsi olaraq keçən zob, şəkər, eləcə də mədə-bağırsaq xəstəlikləri, xoralar, parazital və qurd xəstəlikləri var. Bundan başqa həddən artıq medikamentoz müalicə - uzun müddət antibiotikdən istifadə, arıqlama prosedurları aparan insanlarda saç tökülmə mütləq baş verir: "Son vaxtlarda stress, əsəb, gərgin həyat tərzi, bununla yanaşı, düzgün qidalanmamaq, vitamin balanssızlığı da saç tökülməsinə gətirib çıxarır. Bu, immun sistemi ilə də bağlıdır. Zobu və ya parazital xəstəliyi olan birinin saçı tökülməyə bilər. Lakin bir müddət keçdikdən sonra orqanizmdə vitamin balansı və immun sistemi zəifləyir və mütləq saç tökülmələr müşahidə olunur. Saçlarda alopesiya, yağlı, duru sebariyalar, bəzən görürsən saç dibində sanki şama bənzər qalınlaşmış sebariyalar, saçın dibində həddən artıq gərginləşmə, yağlılığın çoxalması, qırılma, codlaşma baş verdikdə onlar tökülməyə başlayır”.
M. Qəhrəmanova bu cür hallarda saçların təbii müalicə edilməsini məsləhət görür. O qeyd edir ki, saç əkilmə proseduru çox yayılsa da, bu, son nöqtədir və müvəqqətidir. Həkimin sözlərinə görə, orqanizmin öz gücünə, öz hormonları ilə yaranan saçlar qalıcı və uzunmüddətli olur: "Əkilən saçlar daha sonra uzun müddət qulluq və müalicə metodları tələb edir. Təbii artan saçların təbii vasitələrlə müalicəsi daha effektiv nəticə verir və qalıcı olur. Çünki orqanizm öz balansını tənzimləyir, öz gücünə görə yetişə bilir. Saçın müalicəsi ən azı 3 aya qədər aparılır. Bir ay, ay yarıma saç müalicə olunmur”.
Sirr deyil ki, insanın genetikasından tutmuş irsiyyəti, xəstəlikləri, yaşı, cinsiyyəti saç analizi ilə müəyyən edilə bilər. Hətta DNT testi belə, saçla aparılır. Buna səbəb isə saçın insan orqanizmində ayrıca bir mikroorqanizm olmasıdır. Həkim deyir ki, məhz buna görə saç tükünün dibində olan follekulun normal və sağlam olması üçün həm daxili orqanların mühüm rolu var, həm də yerli müalicələrin: "Bizim hazırladığımız təbii üsullarla müalicələr yeni tüklər əmələ gətirir, tökülən tüklərin qarşısını alır, saç dibində olan qaşınma, səpkini aradan qaldırır. Bəzi xəstələr uzun müddət şampun daxil olmaqla müxtəlif yuyucu vasitələrdən istifadə edirlər, lakin heç bir nəticə əldə etmədiklərini bildirirlər və ümidsiz halda bizə müraciət edirlər. Biz müalicəyə daxili orqanlardan başlayırıq. Parazital xəstəlik varsa, bədəndən təmizləyirik. Kiçik yaşlı uşaqlarda kirpiyin, qaşın tökülməsi, tam keçəlləşmə hallarına rast gəlinir. Bu problemi də 100 faiz həll edirik. Biz müalicələri ev şəraitində aparırıq. Əgər müalicə kompleks formada və düzgün, dəqiq aparılarsa, effektiv nəticə almaq mümkündür”.
Boyanmış saçların tökülmə ehtimalı
Qadınların çoxu saçlarını rənglədikdən sonra tökülmə, quruma, qırılma və uzanmadığından şikayət edirlər. Buna səbəb isə kimyəvi qarışıqlar və kimyəvi yuyucu şampunlardır. Bəzən saç dibində allergik reaksiyalar olması saç boyalarından sonra ola bilir. M. Qəhrəmanova bunun qorxulu olmadığını deyir: "Rənglənmiş boyalı saçlara düzgün qulluq olunarsa, heç bir problem yaranmaz. Saçlarını boyamaq istəyən xanımlar amonyaksız boyalardan istifadə etsinlər. Çünki amonyak saç diblərini qidalandırmağa mane olur və qırılma, tökülməyə gətirib çıxarır. Eyni zamanda həmin insanlarda daxildə vitamin balansı da normal olmalıdır. Kifayət qədər mineral qəbul etmək lazımdır. Çünki saç mikroorqanizmi ən çox minerallarla qidalanır. Saç özü kiçik bir orqandır. Orada hormon, kollagen, zülal sintez olunur. Orqanizmdə vitamin balansı zəifdirsə, sink, dəmirin çatışmazlığı saçların qırılması, ağarması və tökülməsinə gətirib çıxarır”.
Hamilə qadınlarda və doğuşdan sonra saç tökülməsi də tez-tez rast gələnin hallardandır. Bunun təbii hal olduğunu vurğulayan həkim səbəbi daxili orqanlardakı problem, stress, həmçinin vitamin balansının azalması, immun sisteminin aşağı düşməsi, zəifləməsi, uşaq və ananın normal qidalanmamasında görür: "Saça lazım olan balans orqanizmdə varsa, o, saç tökülmür. Amma bəzən doğuşdan sonra orqanizm zəifləyir, qan itirilmiş olur, ananın uşağa süd verməsi, immun sistemi, mədə-bağırsaq sistemi xəstəlikləri də saçın tökülməsinə səbəb olur. Bunları bərpa etmək üçün düzgün istiqamətdə dəqiq diaqnoz qoyulmalı və müalicə edilməlidir”.
M. Qəhrəmanova hər bir halda tökülmüş saçın yenidən çıxmasının mümkün olduğunu deyir. Əgər dəri sağlamdırsa, saç follekulunu yenidən yetişdirmək mümkündürsə, saçlar mütləq çıxır. Saçda yeni tüklərin əmələ gəlməsi istənilən yaş dövründə mümkündür: "Müəyyən yaş dövrü var ki, ondan sonra saçın bərpası o qədər də mümkün deyil. Amma 50 yaşa qədər saçın bərpası 100 faiz mümkündür. 50 yaşdan sonra tökülməni dayandırıb, bir qismini bərpa etmək olur. Çünki ümumi orqanizmdə qocalıq gedir”.
Saçlarının uzanmamasından şikayət edənlər də az deyil. Həkim qeyd edir ki, düzgün müalicə, düzgün qidalanma olarsa, daxili balans normaya düşərsə, saç lazım olan minerallarla təmin olunarsa, saçların uzanması mümkündür: "Saçların tökülməməsi üçün ilk növbədə qulluq lazımdır. Yerli-yersiz tez-tez saçı yumaq olmaz. Lazımi dərəcədə düzgün qidalanma mütləq şərtdir”.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri