Saçı tökülməyə qoymayan pomidor maskası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 227
Səs ver:
(səs: 0)
Saç tökülməsi həm qadınları, həm də kişiləri narahat edən problemdir. 

Yay mövsümünün ən faydalı tərəvəzlərindən biri olan pomidordan istifadə edərək bu problemə əlac tapa bilərsiniz. Bu maska saç tökülməsinin qarşısını alır, saçı nəmləndirib qidalandırır. 

Maskanın tərkibindəki kakao isə antioksidant xüsusiyyətə malikdir. Saçları zərərli şüalardan qoruyur, həmçinin saça parlaqlıq və həcm qazandırır. 

Tərkibi:
1 ədəd pomidor 
2 qaşıq kakao 
2 qaşıq jojoba yağı 

Maska:
Pomidoru rəndələyin və ya blenderdən keçirin. Üzərinə jojoba yağı və kakao tozunu əlavə edib qarışdırın. 

Maskanı dairəvi hərəkətlərlə saç diblərinizə yedizdirin. Daha sonra bütün saça bu qarışımdan çəkin. 

Başınıza selofan papaq qoyaraq 20-30 dəqiqə gözləyin. Daha sonra saçınızı yuyun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri