Sevgililər günü üçün romantik saç düzümləri

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 574
Səs ver:
(səs: 4)
Zərif cinsin nümayəndələri sevgililər gününə indidən hazırlıq görməyə başlayır, orijinal hədiyyə axtarışına çıxır. Bundan başqa, bütün qadınlar bu özəl gündə qəlbini oğurlayan kişinin gözündə füsunkar görünməyə çalışır.
 
Sevgililər günündə qadının gözəl görünməsində saç düzümü böyük rol oynayır.
Stilistlər bu özəl gün üçün romantik saç düzümləri yığmağı məsləhət görür. Axı 14 fevral sevgi - məhəbbət günüdür...
 
Əfsanəvi aktrisa Sofi Loren də saç düzümünün vacibliyini belə ifadə edib: "Saç düzümü günün necə keçməsinə, ümumilikdə, isə həyatın gedişinə təsir göstərir”. Qısası, uğurlu seçilmiş saç düzümü  həmin günün necə keçməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
 
Uzun və düz saçlar istənilən mərasim üçün uyğundur. Amma yəqin ki, sevgiliniz sizi bu saç stilində çox görüb. Bu səbəbdən, 14 fevral  üçün daha fərqli düzümlərə müraciət etmək doğru olardı. Məsələn, hörüklər romantik üsluba aid olmaqla yanaşı, kişilərin də çox xoşuna  gəlir. Bu saç stilinin nənələrə aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki müasir dövrdə hörüklərin mindən çox versiyası var. İnternetdə hörüklərin bir neçə maraqlı variantlarını asanlıqla tapmaq olar. Əgər hörüklər ürəyinizcə deyilsə, müxtəlif saç akesssuarları, lentlər və güllərin köməyilə saçlara romantik hava vermək olar.
 
Saçlarınız istənilən uzunluqda və hörüklər üçün münasib deyilsə, buruq saç stilinə müraciət edin və saç bəzəklərindən yararlanın.
 
Sirr deyil ki, tanınmış aktrisa və müğənnilər zahiri görkəmi ilə kişiləri heyran edir. 14 fevral  üçün orijinal ideyalar atxarırsınızsa, ekranlarda gördüyünüz və sizə yaraşan obrazları sınadan keçirməkdən qorxmayın. Bu, sizin sevgiliniz üçün də xoş sürpriz olar.
 
14 fevral romantik deyil, seksual görünmək istəyənlərə stilislər saçını toppuz və ya at quyruğu yığmağı tövsiyə edir. Bu saç düzümü həm asanlıqla yığılır, həm də rezinlə sıx toplandığı üçün gün ərzində onun dağılmasından narahatlıq keçirməyəcəksiniz.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri