Evinizdə saç rəngləmə üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 262
Səs ver:
(səs: 2)
Saçı rəngləyən zaman nələrə diqqət etməliyik?

• Günəş şüaları, saça qulluq kremləri və saçınıza daha əvvəl tətbiq etdiyiniz rənglər, tətbiq etdiyiniz rəngləmə əməliyyatının nəticəsinə və müddətinə təsir edəcəyindən indi saç tutam testini hər dəfə saçlarınızı rəngləmədən əvvəl mütləq etməlisiniz.

• Hər dəfə saçınıza tətbiq etdiyiniz rəngi, etmiş olduğunuz saç tutam testi nəticəsində təyin olunan müddət qədər gözlədin. Heç bir zaman təsirini göstərmədən əvvəl rəngi təmizləməyin. Əks halda saçınızda gözlənilməyən  rəng fərqliliklərinə səbəb olarsınız.

• Saç rənginin, saçınızdan üzünüzə və boynunuza  keçməsini istəmirsinizsə qulaqlarınızın ətrafına, saçlarınızla üzünüzün birləşdiyi bölgələrə bir az vazelin sürtün.Niyə?Çünki vazelin hava keçirməz  olduğundan rəngin dərinizdə ləkə buraxmasına maneə törədər.

• Saçınız uzun və ya qalındısa, seçmiş olduğunuz rəng tonundan iki qutu istifadə edin. Hər saç telinin rəngi yaxşıca əmməsi, saçınızın tamamilə və homogen olaraq rənglənilməsi və canlı bir rəngə sahib olması üçün əhəmiyyətlidir.

• Saçınızı rənglədikdən sonra əldə etdiyiniz rəngin daha uzun müddətli olmasını istəyirsinizsə dəniz və ya hovuza girdikdən sonra saçlarınızı mütləq durulayın. Xlor və dəniz duzu saçınızda uzun müddət qalsa saç rənginiz parlaqlığını itirə bilər.

 Rəngləmə sonrası:
• Rəngli saçlar üçün istifadə edilən şampunlar, saç rənginizi daha yumşaq və təbii göstərər. Adi şampunlar saçınızın rəngini aça  və təbii nəmini itirdə bilər.

• Saçınızı rənglədikdən sonra pH dəyəri aşağı olan saç kremi istifadə etməyiniz saçınızı qoruyar və təbii yumşaqlığına və parlaqlığına qovuşmasına köməkçi olar.

• Saçınız uzandıqca, rəng aktivləşdirici istifadə edərək saçınızın təbii rəngini rəngli qisimə uyğun şəkildə rəngləyə bilərsiniz.

• Şampunlandıqdan sonra saçınızı hər vaxt qurulamayın . Fenlə həddindən artıq qurutmayın. Saçınızı həddindən artıq qurutmanız nəm itirməsinə və pis görünməsinə gətirib çıxarar.

• Saçınız yaş olarkən əsla daramayın. Saçınızı geniş dişli bir daraqla saç uclarından saç diblərinə doğru yumrulayaraq darayın.

• Mineral su, saçınızı zərərli hovuz kimyəvilərindən qoruyar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri