Bitki yağları ilə saçlara qulluq

Şərhlər: 1
Baxılıb: 2 635
Səs ver:
(səs: 0)
Qırılan və zədələnən saçlarınızın əvvəlki sağlamlığına geri qaytarmaq üçün evdə asanlıqla istifadə edə biləcəyiniz bitki yağlarını sizin üçün araşdırdıq. Saç tipiniz nə olursa olsun bu bitki yağları saçınızın daha da canlı, sağlam və gözəl görünməsinə çox kömək edəcək. 
Şam qozasının esansı: Əgər gücsüz ya da zədələnmiş saçlara sahibsinizsə bu yağ saçınızı qidalandıracaq, tökülməsinin qarşısını alacaq. Eyni zamanda saçlarda kəpəyin də yox olmasına şərait yaradacaq. Saç diblərində mikrooqranizmlərin yaranmasının qarşısını alır. Bu yağdan istifadə etmək üçün onu şampununuzun içinə 2 qapaq əlavə edin və qarışdırın. Hər dəfə saçlarınızı yuyanda şampunla birlikdə saçlarınıza təmas edəcək və onları bərpa edəcək.

İlan yağı: Adı sizi qorxuda bilər amma qorxmayın. Bu yağı mütləq istifadə etməlisiniz. Tərkibindəki Omeqa 3  saçınıza çox fayda verəcək. Həmçinin tərkibində olan kreatin də saçlarla təmasa keçib onların kökdən uca qədər güclənməsinə və tez uzanmasına səbəb olacaq. Belə ki, eyni miqdarda ilan yağını zeytun yağı ilə qarışdırıb pambıqla saç diblərinə tətbiq edin və bir saat gözləyin. Bunu həftədə bir və ya iki dəfə etsəniz saçlarınızdakı dəyişimi hiss edəcəksiniz.

Jojoba yağı: Quru saçları tamamilə nəmləndirmək üçün istifadə edilir. Bu yağ saçları yumşaldır və şampundan əvvəl istifadə edilir. Saç uclarında olan haçalanmaları, qırılmaları yox etmək üçün mükəmməl yağdır. Onu quru saçınıza tətbiq edib və 1 saat gözləyin. Yox əgər o qədər gözləməyə enerjiniz, vaxtınız yoxdursa yağı şampununuzun içinə 2 ç.q. əlavə edin.

Kokos yağı: Saçlarınızın tez yağlanmasının qarşısını alan yaxşı vasitədir. Eyni zamanda saçlarınızı qalınlaşdırar, onların uzanmasına kömək edər. Çünki tərkibində kalium, maqnezium, kalsium və dəmir kimi qidalandırıcı ən yaxşı minerallar var. Əgər zədələnmiş saçlara sahibsinizsə bu yağ tam sizlikdir.

Arqan yağı: Saçlar üçün faydalı olan bitki yağlarından bəhs ediriksə arqan yağını unutmamalıyıq. Demək olar ki, son zamanlar adını tez-tez eşidirik. Bu yağ saç dərisini və saçları nəmləndirir. Quru saçlarla bağlı yaranan problemləri həll edir. Saçı yeniləyir, canlandırır və nəticədə saçlarınız daha gur, canlı görünür. Arqan yağını saçlarınızı fenləməmişdən əvvəl onların diblərindən uclarına qədər az miqdarda çəkin, sonra fenləyin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri