Soyuqda zədələnən saçlara Hollywood qulluğu

Şərhlər: 4
Baxılıb: 2 090
Səs ver:
(səs: 2)
Xüsusilə mövsüm dəyişikliləri və ya ekstra soyuq-istidə təsirlənən saçlarınızı nəzarət altında saxlamaq istəyirsiniz? O zaman mütəxəssislərimizin məsləhətlərinə qulaq asın.
Qışın gətirdiyi sərt hava, fendən istifadə və saçların yüksək istilikdə qurudulması qırılma kimi problemlər yaradır. Havanın quru olması saçın nəmsiz qalmasına, qurumasına, qabarmasına və elektrikləşməsinə gətirib çıxarır. Xüsusilə rənglənmiş saçların nəm itirməsi ilə yanaşı zədələnməsi də artır. Məşhur saç terapistləri vücud kimi saçların da detoksa ehtiyacı olduğunu bildirirlər. Mütəxəssislərin fikirlərindən yararlanaraq Foxy bəzi məsləhətləri təqdim edir:
Saç detoksu saç dərisinin təmizlənməsi və saç örtüklərinin dərindən təmizlənməsinə şərait yaradan anti-aging proqramıdır.

Saçlar üçün 10 qızıl qayda
1. Hər dəfə saçı yuduqdan sonra nəmi saxlaması, daha yaxşı daranması və zədələnməni azaltmaq üçün mütləq saç kremi istifadə edin.
2. Həftədə 1-2 dəfə saç maskası istifadə edin.
3. Yuduqdan sonra durulmadan kremlərə üstünlük verin.
4. Plastik daraq əvəzi taxta daraqdan istifadə edin.
5. Sintetika, akril elektriklənməni artırır. Pambıq geyimlər istifadə edin.
6. Quru saça şəkilləndirmə etməyin, saçı nəmliykən darayın.
7. Yağlanma, kəpək, saç dərisi  problemlərinin artdığını nəzərə alaraq saç dərisinə uyğun şampundan istifadə edin.
8. Qışda diblərə rəng qoymağınız məsləhətdir. Bütün saçlara boyanı 3-4 ayda bir dəfə edin.
9. Tez-tez saç uclarını kəsin.
10. D vitaminini əvəzləmək üçün balıq yağı, kərə yağı, yumurta sarısı, süd və süd məhsulları yeyin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri