Saçlarınızdakı rəngli dəb – 5 əsas trend

Şərhlər: 6
Baxılıb: 4 445
Səs ver:
(səs: 3)
Bu mövsüm rəngkarlar dəbə uyğun olaraq saçlarınıza parlaqlıq və işıq qatmaq üçün müxtəlif rənglərlə işləməli olacaqlar. Bu baxımdan sarışınlar və ya kürənlər, qəhvə rəngli və ya əsmərlər üçün maraqlı seçimlər olacaq. Siz də saçlarınızda dəbi daşımaq istəyirsinizsə təqdim etdiyimiz bu 5 trend köməyiniz ola bilər.

Brond 

Brond sarışın və şabalıd rənglərinin qarışığından yaranma rəngdir. Brond ənənəvi şabalıd rənginə günəş şüalarının verdiyi parlaqlıqla fərqlənir. Parlaq olmağı ilə yanaşı, həm də, parlaq görünür. 

Bal sarısı

Bu rəngə daha çox məşhur müğənni Beyonce-un saçlarında rast gəlmək mümkündür. İsti bal sarısı saçlar yay üçün idealdır. Bal sarısı saçlarını daha çox sarıya boyayan qızların köməyi olacaq. Başqa bir müsbət cəhəti isə qəhvə rəngli və ya əsmər saçlılar üçün də əla seçimdir. 

Açıq-şabalıd

Bu yaz-yay saçlarınızın rəngini dəyişdirmək istəsəniz, istər əsmərlər, istərsə də, sarışınlar heç tərəddüd etməyin. Açıq-şabalıd rəng əla seçimdir. Bu sizi daha da bahar əhvallı edəcək. Jesicca Alba da bu mövsüm saçlarının rəngini açıq-şabalıda boyayıb.  

Darçın vurğusu

Bu alovlu çalarlar tünd-şabalıdı və kürən saçlı xanımlar üçün daha mükəmməl seçimdir. Darçın çaları saçlarınızın rəngini daha dərin və zəngin etməklə, obrazınıza canlılıq və enerji qatacaq.

Qırmızı çalarlı şərab

Belə cəlbedici rəng sarışınlar və kürənlər üçündür. Canlı və parlar rəng sarışınlar və kürənlərə öz obrazlarında radikal dəyişiklik etməyə icazə verməklə, onları tamamilə yeni obrazlarına qovuşduracaq.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri