Saçlar demək olar ki, hər bir qadının "yaralı" yeridir. Gah
quruluq, gah yağlılıq, gah saçqıranlar, gah da cansızlıq bizi
saçlarımızla bağlı tədbirlər görməyə vadar edir. Sən də bütün bu
problemlərdən əziyyət çəkirsənsə Foxy verdiyi ipuclarına əməl etməklə
onlardan yaxa qurtara bilərsən.
Əgər saçların cansızdırsa, işə onlarla başla. Saçlarının cansız
uclarını kəs. Bunu etməyin bir neçə üsulu var ki, ən düzgün variantı
sənə təqdim edirik.
• Birinci saçlarını islat. Çünki saçlar yaş və ya nəm olanda daha səliqəli kəsilir.
• Sonra islaq saçlarını alnının üzərinə dara, orta və şəhadət barmağının arasına yığ, bacardığın qədər də bərk dart.
• Ən sonda isə saçlarının cansız uclarını iti qayçıyla kəs. Bu işi
edərkən qorxma, sadəcə, dərindən nəfəs al. Bir şeyi düşün ki, nəticədə
saçların canlı və həcmli olacaq.
Əgər "saçlarımı kəsdirmək istəmirəm, uzunluğuna dəymədən kəsdirmək
istəyirəm, həm də cansız saçlarımdan yorulmuşam" deyrisənsə bu üsul
sənlikdir.
Saçlarımın uclarını kəsdirmədən saçqırandan necə can qurtara
bilərəm?Saçlarının uclarının canlı görünməsini istəyirsənsə onları
formaya salandan sonra xüsusi saç kremi və ya mus vur. Bundan əlavə, iki
həftədən bir saçlarının uclarına zeytun yağı çək və bir neçə saat
saxlayıb, şampunla yu (daha yaxşı olar ki, uşaq şampunu ilə yuyasan). Və
nəticədə görəcəksən ki, saçların canlanıb və həcmlidir.