Saman çöpü kimi quru saçların üçün 10 faydalı üsul

Şərhlər: 5
Baxılıb: 3 768
Səs ver:
(səs: 0)
Quru saçlar yuyulduqdan sonra belə öz görünüşünü dəyişməz. Nə balzam, nə əlavə başqa şampun onları uzun müddətlik nəmləndirməz. Üstəlik də quru saçlarda görünən kəpək lap can sıxıcı olar. Bəs bunlarla mübarizə aparmaq üçün nə etməli? Foxy sənə salona gedib əlavə pul xərcləmədən evdə özünün də quru saçlarına yardım etməyin üçün üsullar təqdim edir. 

1. Doğru şampun seç - saçı tez-tez şampunla yumaq quru saçların ən geniş əmələ gəlmə səbəblərindən biridir. Çünki şampunların tərkibində saçların təbii yağını özünə çəkən sərt təmizləmə maddələri var. Quru saçlar üçün ən ideal şampunların pH dəyərinin 4,5 ilə 6,7 arasında olması mütləqdir.
2. Saçlarınla incə davran  - quru saç ən kövrək saç tipidir. Buna görə də saçlarına xüsusi diqqət göstərməlisən, "nazı" ilə oynamalısan. Saçlarını yuyarkən incə rəftar elə, qaşımaq, bərk və tez bir şəkildə yumaq düzgün deyil. Bu zaman təkcə saçlarına deyil, həm də baş dərinə də zərər yetirmiş olarsan. Saçlarını barmaqlarının ucları ilə massaj edirmiş kimi yumalısan, belə etdikdə baş dərində olan yağlar da fəaliyyətə başlayar. 
3. Saça qulluq kremlərindən istifadə et - quru saçların nəmə çox ehtiyacı var. Buna görə də saçlarını spirt tərkibi olmayan baxım kremləri ilə nəmləndir. Çünki spirt qurunu daha da quru edir. 
4. İsti qulluq yağı istifadə et - mütəxəssislər quru saçları bərpa etmək üçün isti qulluq yağlarını məsləhət görürlər. 
5. Saçların adi daraqla dara - fırça daraqlar quru saçların düşmənidir. Onsuz da quru olub qırılan saçlar fırçalı daraqla darandıqda daha çox qırılır. Fırça yerinə adi və yaxşı olar ki, taxta darağa üstünlük verəsən. Həm də istifadə etdiyin fırçalı darağın da tipi vacibdir. Əgər fırçalı daraq istifadə etmək istəyirsənsə, mütləq deşikli fırça daraq yaxşı seçimdir. 
6. İstidən uzaq dur - quru saçlı xanımları həmişə bir sual maraqlandırır. Görəsən saç qurudan və şəkilləndirən fenlərdən istifadə edə bilərikmi? Təbii ki, bu tip fenlər, xüsusən də saç şəkilləndirici fenlər quru saçların daha da zədə almasına səbəb olur. Mütləq ki, fen istifadə etmək istəyirsənsə o zaman az dərəcəli istilikdə istifadə et.
7. Saçlarına qulluğun vaxtını düzgün payla - əgər bugün saçlarını düzləşdirəcəksənsə, 2 gün sonra rəngləməni uyğula. Daha 2 gün sonra isə saçlarını bura bilərsən. 
8. Sirkəni yoxla - quru saçlarına sirkə ilə "can" ver. Sirkə yaxşı bir nəmləndirici olmaqla yanaşı, saçları yaxşı təmizləyir və parlaqlaşdırır. Belə ki, saçlarını 
yuduqdan sonra bir qab suya 1 yemək qaşığı sirkə əlavə edib, durula. Və su vurma sonra. Həm də sirkəni saçlarındakı kəpəyi yox etmək üçün də istifadə edə bilərsən. Saçını yumamışdan əvvəl həftədə bir neçə dəfə sirkə ilə masaj edə bilərsən. 
9. Parıldamağı üçün yumurta istifadə et - quru saçlar təkcə nəmini deyil, həm də, parlaqlığını da itirir. Buna görə də ona yenidən parlaqlıq qatmaq üçün ilıq suyun içinə yumurta qır və onu saçlarında köpükləndir, sonra isə duru su ilə təmiz yu. Quruluqdan parlaqlığını çox itirmiş saçlar üçün isə bu müalicəni uyğula: 3 yumurtanı 2 yemək qaşığı zeytun yağı və 1 çay qaşığı sirkədə qarışdır. Bunu saçlarına uyğula və saçlarını bağla. 30 dəqiqə bu şekildə gözlə. Sonra şampunla.
10. Mətbəx şkaflarına göz at - qoz və fındıq kimi qidalar saçına faydalıdır. Çünki bu tip qidaların tərkibindəki yağlar saçlarına nəmlik və parlaqlıq verər. Ona görə də qoz, fındıq, boranı tumu bol-bol qəbul edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri