Tez yağlanan saçlar üçün məsləhətlər

Şərhlər: 7
Baxılıb: 4 123
Səs ver:
(səs: 0)
Tez yağlanan saç və baş dərisinin iki səbəbi var:
1. Daha çox yağ ifraz edən baş dərisi 
2.Saç kifayət qədər yuyulmur və saç dərisi kirdən kifayət qədər təmizlənmir.
Hansı səbəb olmasından asılı olmayaraq yağlı saçları və baş dərisini nəzarətdə saxlamağın ən vacib həlli yollarından biri saçları müntəzəm olaraq yumaqdır. 

Siz də ətrafınızda saçlarını gündəlik yumaqdan qaçan adamlarla rastlaşırsınz. Onların iki səbəbə görə saçlarını hər gün yumadıqlarını deyirlər: "hər gün yuyulan saç daha tez yağlanır"; "saç dərisindəki yağ saçları qidalandırır" düşüncəsi.

Saçı hər gün yumaq düzgündürmü? 
Saçları hər gün daha çox yağ ifraz edilməsinə səbəb olmaz. Əksinə yağlı saçlara və baş dərisinə sahib olanlar üçün saçları hər gün yumaq ən rahat və asan həll yoludur. 
Baş dərisində yığılan yağın heç bir qidalandırma xüsusiyyəti yoxdur. Bəli, saç dərisinin yağa ehtiyacı var. Saç yuyulduqdan sonra 3-7 saat ərzində də kifayət miqdarda yağ ifraz edilir. 

Hansı şampundan istifadə edilməlidir?
Saçların yağlılığı yaş və hormonlarınızdan da asılıdır. Belə ki, yeniyetmə dövründə hormonların təsirindən saç və dəri daha yağlı olur.
Əslində yağlanmağın tamamilə qarşısını alan hər hansı şampun yoxdur. Balzam yağlı saçlar üçün məsləhətli deyil. Yağlı baş dərisinə sahibsinizsə, "Ph dərəcəsi dəriyə uyğun" yazılı şampunlara üstünlük verməlisiniz. 
Bundan əlavə həftədə bir dəfə kəpəyə qarşı şampunlardan da istifadə edə bilərsiniz.

Yağlı saçlardan xilas olmaq üçün 7 üsul:
- Saçınızı hər gün yuyun
- Yaxşı yuyun
- Həcm verən və ya saçlarınızı yumşaq edən şampunlardan istifadə etməyin
- Saçlarınızı isti fenlə qurutmayın
- Çox isti su ilə yumayın
- Həftədə ən az 1 dəfə kəpəyə qarşı olan şampunlardan istifadə edin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri