Cansız saçları necə canlandırmaq olar?

Şərhlər: 4
Baxılıb: 8 353
Səs ver:
(səs: 2)
Qadın gözəlliyinin əsas göstəriciləri gözəl, parlaq, baxımlı və canlı saçlardır. Ən gözəl saç kəsimi edilsə belə, əgər saçlar canlı görünmürsə, o zaman arzusunda olduğunuz gözəlliyə qovuşa bilməzsiniz. Buna görə də Foxy sizə saçları necə sağlam, canlı görünüşə qovuşdura bilərsiniz mövzusunda ipucları verir. 
Cansız saçlar əsasən quru olur. Saçlarınız qurudursa, saçınızı hər gün yumayın. Saçlarınızın təbii yağını qorumaq üçün 2 gündən bir yuyun. Çox isti su saçlarınızın nəm itirməsinə, quruyub qırılmasına səbəb olur. Saçlarınızı ilıq su ilə yuyun, sonda soyuq su ilə yaxalayın.
Vitaminlər
Vitamin çatışmazlığı saçlarınızın görünüşündə böyük rol oynayır. B1 və B2 vitaminlərinin çatışmazlığı saçlarınızın mat və cansız olmasına səbəb olur. B1 vitamini üçün lobya, ispanaq, fındıq və qəhvəyi düyü, B2 vitamini üçün isə süd və süd məhsulları, çörək və badam yeməlisiniz. Yumurta və zeytun yağı ilə hazırlanan "möcüzəvi” təbii maskadan mütləq istifadə edin. Yumurta sarısı və zeytun yağını qarışdırın. Saç dibləri və uclarına bərabər şəkildə çəkin. 10 dəqiqə gözləyin. Saçlarınızı su vurmadan şampunla yuyun və ilıq su ilə yaxalayın.

Quru saçlar üçün maska
Bir stəkan isti su, bir qaşıq bal, bir qaşıq badam yağı, yarım qaşıq kətan toxumu yağını qarışdırın. Hazırladığınız maskanı saç uclarına və diblərinə masaj edərək vurun. Streç ilə bağlayıb bir saat gözləyin. Şampunlayıb durulayın.

Kerastase Nutritive Quru və cansız saçlar üçün şampun + təbii qulluq maskası 
Quru saçlar üçün olduqca faydalı vasitədir. Saçın qurumasının qarşısını alar. Bu vasitə ilə saçlar uzun müddət qidalanır və qorunur. Saçların daha asan şəkil almasına kömək edər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 8 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri