Buruq saçlara xüsusi qulluq

Şərhlər: 4
Baxılıb: 766
Paylaş:
Səs ver:
(səs: 3)
Düz saçlı xanımlar adətən buruq, buruq saçlılar isə düz saçlara sahib olmaq üçün əllərindən gələn hər şeyi edirlər. Buruq saçlar qadına xüsusi bir görüntü bəxş etdiyi halda yenə də, onlar saçlarından şikayətçi olurlar. Daha çox bu cür saçlara qulluq etmək onları yorur. Bəzilərimiz düşünürük ki, buruq saçlara qulluq daha asandır. Əslində isə bu düşüncə səhvdir. Çünki buruq saçlara qulluq çox çətindir, xüsusi diqqət tələb edir. Çoxları buruq saçlara qulluq etmək əvəzinə onları düzləşdirməyə üstünlük verirlər. Bu isə saçlara həddindən artıq zərər verir. Buruq saçlı xanımlar üçün bu dəfə saçlara xüsusi qulluq, düzgün şampunu seçmək və təbii maskalardan yazdıq.

Buruq saçlar digər saçlardan fərqli olaraq nazik, qırılan və inadkar olur. Və daha çox qurumağa meyillidir. Buna görə də, saçlarınızı yuyarkən mütləq şəkildə şampundan sonra saça qulluq kremi, kondisionerdən istifadə etməlisiniz. Həm də, saçlarınızı qurulayarkən dəsmalla bərk deyil, yavaş hərəkət etmək lazımdır. Saçlarınızı çalışın fenlə deyil, təbii yolla qurudun. Siz üsyankar saçlarınızı ram etmək üçün peşəkar qulluqla "nənə”lərinizin reseptlərini birləşdirməlisiniz.

Buruq saçlarınız üçün düzgün şampun və kondisioner seçimi
Buruq saçlar üçün şampun seçərkən onun quru, yağlı və ya normal buruq saçlar üçün olduğuna diqqət göstərin. Daha sonra baş dərisini qidalandıran, saçları nəmləndirən yağlara (jojoba, badam, şi) üstünlük verin. Xüsusi bitki tərkibli şampunlar da yaxşı vasitədir. Əgər yağlı buruq saçlara sahibsinizsə onların tərkibindəki vasitələr yağ hüceyrələrini balanslaşdıracaq. Şampundan sonra mütləq krem və kondisioner istifadə olunmalıdır. Çünki bu iki məhsul saç tellərini yumşaldır, elektriklənməsinin qarşısını alır, qırılmış ucları bərpa edir, qidalandırır və nəmləndirir.

Buruq saçlarınızı ram edəcək təbii maskalar
Təbii ki, Curl proqramı sizin əvvəlki, təbii və canlı buruqlarınızı bərpa edəcək. Amma siz evdə hazırlanan maskalarınızı da bu proqramla birləşdirib yaxşı nəticə əldə edə bilərsiniz.

Banan maskası
Bir bananı blenderdə əzərək püre halına gətirin. Sonra üzərinə 1 x.q. zeytun yağı və 3 x.q. xama əlavə edib yaxşıca qarışdırın. Bu məhlulu saçlarınıza çəkin, 20 dəqiqə isti bağlayıb saxlayın. Sonra isti su və şampunla yuyun. Nəticədə saçlarınız itaətkar və elastik olacaq.

Avokado maskası
50 qram badam və 50 qram zeytun yağını götürün, üzərinə püre halına salınmış avokadonu əlavə edib qarışdırın. Saçlarınızın hər tərəfinə yaxşıca çəkin, isti bağlayın. 30 dəqiqədən sonra isti su və şampunla yuyun. 

Şokolad maskası
Bu maska sadəcə saçlarınızı qidalandırıb və canlandırmayacaq, həm də, onun əhvalını, enerjisini də bərpa edəcək. 1 x.q. jojoba, 1 x.q. kakao və 1 ç.q. konyak götürün, yaxşıca qarışdırın. Saçlarınıza çəkin və politelin torba ilə saçlarınızı bağlayın. 15 dəqiqə saxlayın və isti su ilə yuyun.

Kök maskası
1 stəkan kök şirəsinə 2 x.q. limon suyu, 1 stəkan da nanə suyu (quru nanənin dəmlənmişi də ola bilər) əlavə edin. Maskanı təmiz saça tətbiq edin, 20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.

loading...
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 766
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
saclarimin matriali duzudr
20 iyun 2016 00:28
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Saclarim duzdu. Buruq saclari cox sevirem. Amma sacim burulmur
19 iyun 2016 21:13
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Onun_Mələyi
hm saclarim.buruq deyil duzdu .faydali melehetlerdi canim menim tewekkurlleerrr.
19 iyun 2016 21:10
2
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Barbaris
sacim buruqdu ama inagda buruq saxlayiram hemiwe uklatka eirem
19 iyun 2016 19:11
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv