Kəpəkdən birdəfəlik yaxa qurtarmağın yolları

Şərhlər: 4
Baxılıb: 2 643
Səs ver:
(səs: 2)
Gəzməyə, işə getdiyinizdə, evə gəldiyinizdə davamlı olaraq çiyinlərinizdə və saç aralarınızda kəpək görməkdən yəqin ki, bezmisiniz. Bəs bu zəhlətökən haldan birdəfəlik yaxa qurtarmaq necə, yoxlamısınız? Əgər məğlub olmusunuzsa bu dəfə sizə təqdim etdiyimiz mübarizə üsulları ilə kəpəyə qalib gələcəksiniz.

Kəpək niyə əmələ gəlir?
Kəpək, xüsusilə, saçlarını ya az, ya da ki, tez-tez yuyan insanlarda rast gəlinir. Çünki saçlarını az yuyan insanların baş dəriləri az yağlı, çox yuyanlarda isə daha çox yağlı olur. Buna görə də, kəpəyin qarşısını almaq üçün ilk addım məhz baş dərisində yağ balansını qaydaya salmaqdır. Əks halda kəpəkdən yaxa qurtara bilməyəcəksiniz. Digər tərəfdən saçlara çəkilən jele, mus, saç spreyləri də baş dərisində kəpək yaradır. Bunun səbəbi isə belə məhsulların tərkibində kimyəvi maddələrin həddən artıq çox olmasıdır. Onlar baş dərisindəki məsamələri bağlayır və nəticədə kəpək yaranır. Quru dəriyə sahib olmağınızın da kəpəyin əmələ gəlməsində böyük rolu var. Belə olduqda kəpək xırda yox, pul-pul tökülür. Kəpəyin əmələ gəlməsində stressin, az su qəbul etməyin  də payı var. 

Kəpəyə qarşı mətbəxdəki məhsullarla həll
Kəpəyin yaranma səbəblərini bildikdən sonra onu yox etmək üçün düzgün həll yolları axtarmaq lazımdır. Təbii ki, ən yaxşı və faydalı həll yollarından biri təbii, mətbəxdəki, əlimizin altında olan məhsullarla müalicədir. Bunun üçün bir neçə üsulu yoxlaya bilərsiniz:
1. Saçlarınızı yuduqdan sonra alma sirkəsi ilə saçlarınızı masaj edin. Amma diqqət edin ki, sirkə başınızda 5 dəqiqə qalsın, daha sonra ilıq su ilə yaxalayın. 
2. Duşa girməmişdən əvvəl saçlarınızı isladın, bir stəkana bir az sirkə və bir az da limon suyu əlavə edib 4-5 dəqiqə masaj edin. Sonra saçlarınızı yuya bilərsiniz.
3. Saçlarınız quru halda olarkən onların dibini duzla masaj edin. Daha sonra isə şampunlayın.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri