Saçlarınızın korlanmasına səbəb olan 8 vərdiş

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 1167
Paylaş:
Səs ver:
(səs: 2)
Qadın gözəlliyinin ən əsas göstəricilərindən biri də məhz saçlardır. Sağlam və parlaq saçlar hər kəsin diqqətini çəkə bilər. Lakin, bir çox hallarda biz özümüz də dərk etmədən saçlarımıza ziyan vururuq. Bunu müxtəlif vərdişlərimiz sayəsində edirik. Gündəlik həyatda bir çoxumuzun etdiyi və saçlarımıza ziyan vuran həmin vərdişlərdən yaxa qurtarmaq lazımdır.

Hər gün saç yumaq
Əlbəttə təmiz görünmək və özünü təmiz hiss etmək əladır. Lakin, bu sizin saçlarınıza ziyan vurur. Çox yağlı və ağırlaşan saçınız yoxdursa, hər gün saçınızı yumaqla ancaq onları korlaya bilərsiniz. Saçlar adətən 2-3 gündən bir yuyulmalıdırlar. Çünki, saçlarınıza hər gün su və şampunun dəyməsi, saç dərisinin saçı qorumaq üçün istehsal etdiyi təbii yağ qatının pozulmasına və saçınızın daha da ağırlaşaraq, korlanmasına səbəb olur.

Saçların qaynar su ilə yuyulması
Saçlarınızı çox isti su ilə də yumaq onlara ziyan vurur. Bu yağlanma və saç tökülməsi kimi problemlərə yol aça bilər. Qaynar su saçın dərisini qurudur və strukturunu pozur, qaşınma və qabıqlanma kimi problemlər yarada bilir.

Saç kremindən səhv istifadə etmək
Saçlarınıza qulluq prosedurlarında ən çox istifadə etdiyiniz məhsul da saç kremi olur. Balzamlardan səhv istifadə edərək saçınızın dibini yumşaldır, onların tökülməsinə yol açırsınız. Ən doğrusu az miqdarda saç kremi götürərək, saçlarınızın ancaq uclarına çəkmək və daha sonra yaxşı-yaxşı yaxalamaqdır. Beləliklə saçlarınızın ucları daha möhkəm və sağlam olacaq.

Uzun müddət eyni şampun və balzamın istifadəsi
Peşəkar saç ustalarının da dediyi kimi, eyni saç məhsullarını uzun müddət istifadə etmək olmaz. Çünki dəriniz uzun müddət istifadə etdiyiniz şampunun tərkibinə qarşı bir müddət sonra tamamilə təsirsiz qalmağa başlayır. Əgər saç məhsullarından maksimum dərəcədə fayda almaq istəyirsinizsə, özünüz üçün iki fərqli məhsul seçin və mütəmadi olaraq dəyişdirərək istifadə edin.

Saçların yaş-yaş daranması
Bir çoxumuz duşdan çıxan kimi saçlarımızı dərhal daramağa üstünlük veririk. Lakin bilmək lazımdır ki, saçlar yaş olduqda daha çox qırılmağa meylli olur. Buna görə də yaş saçları daramamaq lazımdır. Xüsusilə nazik dişli daraqlardan istifadə etməyin. İri dişli daraqlarla saçınızı ehmalca açın və tam quruduqdan sonra istədiyiniz kimi darayın.

Saçları dəsmalla sərt şəkildə qurulamaq
Daha əvvəl də qeyd etdiyimiz kimi, saçlar yaş olduqca qırılmağa çox meylli olur. Ona görə də, dəsmalla saçlarınızı quruladıqda çox ehtiyatlı olun. Biz adətən hamamdan çıxan kimi, saçlarımızı dəsmalla möhkəm qurutmağa çalışırıq və bu an saçlarımızı nə qədər qırdığımızı da dərk etmirik.

Vaxtaşırı saç kəsdirməmək
Uzun saçlar bir çox qadının arzusudur. Lakin bu saçlar sağlam görünüşdə deyilsə, onların uzun olması da gözəl görünməsinə səbəb olmayacaq. Vaxtaşırı saçlarınızı kəsdirin və bununla da saç qırılmalarının qarşısını alın. Bunu maksimum hər 3 aydan bir etməyə çalışın.

Fenin çox istifadəsi
Saçınıza edə biləcəyiniz ən böyük pisliklərdən biri də, onu mütəmadi yüksək temperatura məruz qoymaqdır. Buna görə də, hər gün saçı fenləmək kimi bir vərdişiniz varsa, buna son qoymalısınız. Çünki fendən mütəmadi istifadə saçın keratin bütünlüyünü pozur və saçlarınızın bioloji yaşını sürətlə yüksəldir. Həftədə maksimum 2 dəfə istifadə etməyə çalışın.

loading...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1167
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mrs.A
Men sacimi yaw darayiram yeqin sacqiran olmasina sebebde ele budu. Elemeyecem daha
6 avqust 2016 00:00
7
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
vipbetul
bu barede bilirdim
6 iyun 2016 16:28
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
fenden cox istifade edirem yaw yaw dariyiram aska istifade edirem sac ucun
6 iyun 2016 12:13
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
qanadli melek
Fenen cox istifade edirem buna gore saclarin korlanir tez tez maskalar edirem kesdirirem
6 iyun 2016 11:38
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Baharim ol
Men 3 ilden coxdu jonshon baby isledirem.ve her yuyanda sacim birazda gozellesir.Qalanlara ama calisiram riayet edim.qaynar suyla yumuram.saca cox pis tesir edir
6 iyun 2016 11:33
3
Ama yenede
Offline
Narın Yağış
1.Saçlarımı hər gün yuyuram 1-ci qaydaya riayyət etmirəm yani buna 1 quş 23
2.Saçımı nisbətən daha isti su ilə yuyuram yağlanma və qaşınma kimi problemlərlə üzləşirəm bunada 1 quş 23
3. Saç kremi istifadə etmirəm son 1 ildirki bu heç.
4. Balzam istifadə etmirəm saçım onsuzda yumşaq və parlaqdı balzama ehtiyac olmur.Balzam istifadə etməklə yağlılıq daha çox artır.
5. Saçımı heç vaxt yaş-yaş daramıram.Yuduqdan sonra sadəcə dəsmalla qurulayıb öz özünə qurumasını gözləyirəm) Əvvəl suyun altında saçımı yuya-yuya darayırdım buda çox tökülməsinə səbəb olurdu deyə əl çəkdim o işdən)
6. Sərt şəkildə qurulamıram quru olur həmdə uklatkadan sonra elektriklənir)
7. Əvvəl hər ay kəsdirirdim.Ama uzatmaq arzusuna düşəndən sonra axırıncı dəfə yeni ildə kəsdirmişəm) Birdə çox güman sentyabrda kəsdirəcəm.
8. Fen istifadə etmirəm yayda.Ütü feni istifadə edirəm.

Təşəkkürlər)
6 iyun 2016 09:59
2
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
BARBI
Saclarima her zaman qulluq edirem. Xususi maskalar ve baximlar edirem. Ona gore saclarim saglam ve parlaqdir
6 iyun 2016 09:11
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv