Qıvrım
saçlarınız hava şəraiti ilə bağlı dəyişir və nəzarət edilməz bir hala
gəlibsə, təbii baxım maskalarından yararlana bilərsiniz. Maskalar həm
ucuz başa gəlir, həm də təbii yolla evdə hazırlaya bilərsiniz.
Bu
3 maska sadəcə saçlarınızı düzləşdirməyəcək, eyni zamanda saç
uzanmasına yardım edərək, kəpək və yağlı saçlarla da mübarizə aparacaq.
Mayonez, yumurta və bal maskası
Mayonez
ən effektli saç düzləşdiricidir. Yumurta və balla qarışdırdıqda isə
saçları yumşaltmaq üçün mükəmməl bir qarışım əldə edə bilərsiniz.
Yumurta sadəcə quru qıvrımları yumşaltmaqla yetməz, həm də saç dərisi və
diblərini də qidalandırar. Bal təbii nəmləndirici olduğu üçün suyu saç
hüceyrələrinə həbs edər və saçlarınızı canlandırar.
2 yemək qaşığı mayonez
1 ədəd yumurta
1 yemək qaşığı bal
Hazırlanması:
Balaca
qabda yumurtanı köpük halına gələnəcən qarışdırın. Daha sonra digər
ərzaqları da yaxşıca qarışdırın. Bu qarışım başınıza çəkib barmaq
uclarınızla saç diblərini masaj edin. Saçlarınızı yığıb bir sellofan
keçirin. 15 dəqiqə sonra saç diblərinin uclarına doğru saçlarınızı
yuyun. Sonra maskanın qoxusu qalmasın deyə şampunlaya da bilərsiniz.
Həftədə bir dəfə edin.
Banan və badam maskası
Sadəcə iki ərzaqdan ibarət olan bu maska saçlarınızı yumşaltmaqla yanaşı həm də nəmli saxlayacaq.
2 ədəd banan
1 çay qaşığı badam yağı
Hazırlanması:
Bananı
tam əzilənə qədər blenderdən keçirin. Banan püre halına gəldiyində
badam yağını da içinə əlavə edin. Bu qarışımı əlinizlə saç diblərindən
uclarına qədər bol çəkin. Saçınıza sellofan keçirin. 15 dəqiqə sonra
maskanı yuyun. Həftədə iki dəfə edin.
Bu
maska saçlara son dərəcə gözəl qoxu verdiyindən yuyan zaman şampun
istifadə etməsəniz də olar. Çox qaralmış bananları atmaq yerinə bu maska
üçün istifadə edə bilərsiniz.
Avokado, hind qozu südü və zeytun yağı maskası
Sağlam bir dəri və saçlar üçün avokado super qidalardan biridir. Saçlarınızı parıldadır.
1 ədəd kiçik avokado
Yarım stəkan hind qozu südü
1 yemək qaşığı zeytun yağı
Hazırlanması:
Avokadonu
blenderdən keçirib püre halına gətirin. Zeytun yağı və hind qozu südünü
də əlavə edin. Başınızı aşağı əyib, maskanı saç dərinizdən saç uclarına
doğru sürtün. 15 dəqiqə sonra maskanı durulayın.