Gözəl saçlara sahib olaq

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 2 899
Səs ver:
(səs: 0)
Gözəl saçlara sahib olmaq üçün bəzi qaydalara əməl etmək kifayətdir.

1.İlk olaraq saçlarınızı daramaq üçün taxta və ya şotka daraqdan istifadə edin. Bu zaman saçlarınız daha az zədələnər.

2.Çalışın saçlarınızı üç gündən tez yumayın.

3.Çalışın duşa girməzdən əvvəl saçlarınıza küncüt yağı və zeytun yağı çəkin. Bunu ən azı 2 həftə edin. Xüsusən saç uclarına küncüt yağı çəkin və ən azı 2 saat gözləyin.

4.Gözəl saçlar üçün şampunu düzgün seçmək çox əhəmiyyətlidir. Çalışın saç tipinizə uyğun şampun seçin.

5.Şampundan sonra saç maskasından istifadə edin. Amma bu zaman çalışmaq lazımdır ki, maska saç dibinə çox dəyməsin. Çünki bu, saçların tökülməsinə səbəb ola bilər.

6.Saçınızı sonuncu dəfə duruladıqdan sonra sirkəli su ilə yaxalayın. Bu zaman saçlarınız daha parlaq görünəcək.

7.Yatarkən saçlarınızı yığmayın. Əgər yığmalı olsanız, əsla rezindən istifadə etməyin. Mümkündürsə, parça və ya pambıq materialdan hazırlanmış yumşaq saç aksesuarı ilə yığın.

8.Unutmayın ki, qadın gözəliyinin əsas göstəricilərindən biri də saçlardır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri