Qızılı saç boyasından necə qurtulaq

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 2 521
Səs ver:
(səs: 0)
Qızılı saç boyası istifadə edənlər yaxşı bilir ki, bu rəng tez axıb gedir və tez-tez yenilənmək istəyir. Qızılı saçdan qurtulmaq isə bir o qədər çətindir. Saçınızı bu rəngə boyamısınızsa və yenidən əvvəlki rənginə qaytarmaq, ya da başqa bir rəngə boyamaq istəməniz çox yorucu olacaq. Ancaq Qadınlar.Biz-in məsləhət gördüyü üsullardan yararlanaraq, qısa müddətdə qızılı saç boyasından xilas ola bilərsiniz.

Qızlı saç boyasını axıtmaq üçün nə etməli?

Karbonat və C vitamini üsulu saç rənginin axıdılmasında olduqca effektlidir.

Şampununuzun içinə atdığınız 3 yemək qaşığı karbonatla saçlarınızı yuyun və 5-10 dəqiqə gözləyin.

10 ədəd C vitamini kapsulunu bir qabda əzin, üzərinə şampununuzu əlavə edin, yaxşıca qarışdırın və saçınıza sürtün. 45 dəqiqə sonra durulayın.

Bu iki maskanı istədiyiniz nəticəni əldə edənə kimi istifadə edə bilərsiniz. Ancaq saçlarınızı nəmlənməsi üçün mütləq yağlarla baxım etməyi unutmayın.

Boya yaxşıca axdıqdan sonra qızılı rəngə uyğun tonlardan istifadə edərək, saç rənginizi yeniləyə bilərsiniz. İçində şabalıdı rəngi olan boyalardan isə uzaq durun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri