Saç yağlanmasının səbəbləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 933
Səs ver:
(səs: 0)
Saçlarımızın yuduqdan sonra neçə gündə yağlanılacağını və baxıma ehtiyacı olacağını çox yaxşı bilirik. Lakin bəzi vəziyyətlərdə saçlarımız normaldan daha tez yağlanılmağa başlayır və hər gün saçlarımızı yumaq məcburiyyətində qalırıq.

Bəlkə siz fərqində deyilsiniz amma hormon tarazlığınızdan, gün içərisində yediyiniz şeylərə qədər hər şey saçı nəmləndirən sebum istehsalını təsir edir.

Stressli olduğunuz günlərdə oyandığınızda saçlarınız yağlanılmış olur? Stress və narahatlıqla hər gün qarşılaşırıq və bu duyğularla qarşılaşdığımız anlarda bədənimiz kortizol hormonu ifraz etməyə başlayır.

Kortizol hormonu səviyyələrimizin yüksəlməsi saç dərimizdə yağ bezlərinin də stressə girməsinə səbəb olur. Bu vəziyyətdə saç dərimiz daha çox yağ və sebum ifraz edir. Qulağa çox məntiqli gəlməsə də saçları yağlıykən də daramaq olduqca əhəmiyyətli. Bu sayədə stress səbəbiylə saç dərisində yaranan yağlanılma bütün saça dağılır və saç diblərində toplanmır.

Çox süd məhsulları, şəkər, işlənmiş karbonhidratlar və hidrogenə yağlar qəbul etmək saç dərisinin sağlamlığına mənfi təsir edər. Süd məhsullarındakı hormonlar qəbul edildikdən sonra androjen hormonuna çevrilir və bu da bədəndə artıqdan sebum çıxarılmasına səbəb olur.

Hormon balanssızlığı stress və narahatlıq kimi səbəblərdən qaynaqlandığı kimi menstural dövrə bağlı olaraq da yaşana bilər. Anrojen hormonu səviyyəsi yüksəldiyində bədəniniz bundan olduqca çox təsirlənər və saç dəriniz hər zamankından çox yağ çıxarmağa başlar. Saç dərisindəki bu yağdan təmizləyici şampunlarla xilas ola bilərsiniz.

Saçlarınızın tez yağlanılmasının səbəbi genləriniz ola bilər. Bəzi xəstəliklər və polikistik sindrom kimi medikal vəziyyətlər təməl yağ turşularında və B6 vitaminində çox yağ istehsalına bağlı olaraq çatışmazlıq meydana gətirə bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri