Saç boyası seçərkən

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 3958
Paylaş:
Səs ver:
(səs: 3)
Saç boyas305; seç601;rk601;n


Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik

Saçı əmələ gətirən 5 əsas element var:
1. 83-87% protein.
2. 3% nəm.
3. Duz.
4. Şəkər.
5. Yağ turşusu.
Saç canlı bir orqanizm olmadığı üçün bu elementlər həmişə qorunmalıdır. Çalışın təbii boya olaraq saçınıza həmişə həna qoyun. Çünki həna saçı həm qüvvətləndirir, həm də canlılıq verir.

Saç boyaları xərçəng xəstəliyinə səbəb olurmu?
Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunmuşdur. 
Saç boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil. Lakin boyamadan öncə saçınızda jele, biryantin kimi saçşəkilləndirici varsa, təmizləyin. Çünki belə maddələr boyanın saça kifayət qədər nüfuz etməsinə mane olur.
Saç boyasını vurmazdan əvvəl saçın diblərinə nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən təmizləmək asanlaşır. 
Saçınızı evdə boyayarkən bunlara diqqət edin:
- Öncə boyanın istifadə qaydasını oxuyun;
- Köhnə paltar geyinin;
- Saçınızın ətrafındakı dərinin ləkələnməməsi üçün bir az vazelin vurun, elə edin ki, saça bulaşmasın;
- Boyanı vurarkən mütləq əlcək geyin;
- Saçları bölərkən və boyanı yayarkən genişağızlı daraqdan istifadə edin;
- Dəriyə bulaşan boyanı yaş dəsmal, şampunlu və ya dəri təmizləyən pambıqla silin;
- Rəngin tutması üçün vaxta düzgün əməl edin.


Redakte etdi: Pretty girl


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3958
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv