Zeytun yağının saç üzərində möcüzəsi

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 6 097
Səs ver:
(səs: 0)
Saç nəmləndiricinizin yerinə zeytunyağı istifadə edərək saçınıza itirdiyi nəmi, sağlam görünüşü və parlaqlığı geri qazandıra bilərsiniz. A və E Vitaminləri ilə antioksidanlar baxımından zəngin olan zeytunyağı saçlardakı keratinin qorunmasına və saçınızın nəm qazanmasına da köməkçi olacaq.

Zeytunyağının saçlara olan ən əhəmiyyətli faydalarından biri, yeni saçların çıxmasına dəstək olmasıdır. İçərisində kimyəvilər saxlayan və saç dərinizdə problemlərə səbəb olan məhsulları istifadə etməkdənsə zeytunyağı istifadə etməkdə fayda vardır.

İllər boyunca bir çox məqsəd üçün istifadə edilən zeytunyağının saçlar üçün yeniləyici təsirini çox az adam bilməkdədir. Zeytunyağı istifadəsi, əvvəlcə saçlarınızı gücləndirər və daha güclü olan saçların qırılması da çətin olacaq. Ayrıca zeytunyağının nəmləndirici təsiri saç dərinizi bəsləyər və bu da saç itkisi səbəblərindən biri olan kəpək meydana gəlməsinə mane olar.

Quru və kifayət qədər qidalanmayan saçlara forma vermək olduqca çətindir. Zeytunyağı ilə tətbiq olunan yağ müalicəsi ilə saçınıza forma verə bilməniz asanlaşacaq. Bunun üçün etməniz lazım olan isə yarım stəkan zeytunyağını saçınıza çəkib təxminən 30 dəqiqə gözləməkdir. Beləcə saçınız ehtiyacı olduğu nəmi qazanacaq və saçınıza daha asan forma verilə biləcək.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri