Saçlarda yaşadığınız problemlərlə bağlı məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 604
Səs ver:
(səs: 0)
Kəpək quruluq əlamətidir
Əslində kəpək yağlı dəridə daha çox meydana gəlir. Əgər hər gün yuduğunuz üçün saçlarınızın quruduğunu və kəpəkləndiyini düşünürsünüzsə, təbii şampunlardan istifadə edin.

Saçlarınızı kəsdirin

Saçlar dibdən uzanır. Yəni saçlarınızın ucundan bir az kəsmək onların uzanmasına mane olmaz. Saçlarınızın bütünlüklə sağlam uzanmasını istəyirsinizsə, 12 həftədən bir kəsdirin.

Saçların ağarmasına səbəb
Saçların ağarması daha çox genetika və yaşlanma ilə bağlıdır. Yaşlandıqca saçların təbii rəngini verən melanin daha az istehsal olunur. Stress isə sizin yaşlanmanızı sürətləndirir.

Saçlarınızı yığmayın
Saçlarınızı yığan zaman həddən artıq sıxmanız saç diblərinin gərilməsinə və saçların tökülməsinə səbəb olur. Normal formada yığsanız, heç bir ziyanı olmaz.

Soyuq su ilə yuyun

Ustalar saçları yuduqda son dəfə üzərindən soyuq su axıdırlar. Bu, nahaq yerə deyil. Çünki soyuq su saçların daha düz, parlaq görünməsinə kömək edir. Lakin saç telində hər hansı canlı hüceyrə olmadığı üçün saç telləriniz soyuq, ya da isti suya hər hansı bir reaksiya verməyəcək.

Çox darayın
Saçlarınızı daradığınız zaman saç diblərindəki yağ bütün saçlarınıza yayılır. Lakin çox daradığınız halda qırılmalar və elektriklənmələr qaçılmazdır. Sadəcə lazım olduğu qədər və uclardan başlayaraq yumşaq formada darayın.

Şampununuzu dəyişin

Hər bir şampunun saçlarda fərqli təsiri var. Şampunun təsiri saçların mövcud durumuna görə dəyişiklik göstərə bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri