Saç baxım maskaları necə istifadə olunmalıdır?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 9 511
Səs ver:
(səs: 0)
Saç baxımı zamanı geri plana atdığın saç baxım maskaları, doğru tətbiq olunduğunda saçlarında möcüzələr yarada bilir. Necəmi? Gəl birlikdə kəşf edək!

Saç baxımı zamanı saç baxım maskalarından istifadə saçlarının canlı və sağlam görünüşü yolunda əhəmiyyətli bir addımdır. Ancaq çox təəssüf ki saç maskası əhəmiyyəti çox vaxt göz ardı edilir. Həftəlik olaraq ən az bir dəfə saç baxım maskası tətbiq edərək, saçlarındakı fərqi hiss edə bilərsən. Əgər hələ saç baxımı prosesinə saç baxım maskalarını əlavə etmədinsə, daha əvvəl kimsədən eşitmədiyin beş saç maskası tətbiq ipuclarını açıqlayıram.

1. Saç maskasını həftədə bir dəfə istifadə etməlisən: Saçlarının sağlam olduğunu düşünürsənsə belə, mövsüm dəyişiklikləri saç uclarını zədələyə bilər. Bu səbəblə həftəlik olaraq saç baxım maskası tətbiqi vərdişi əldə edib, saçlarına ehtiyacı olan nəm dəstəyini təmin etməlisən.

2. Bütün saç maskaları eyni deyil: Bu gün gözəllik müəssisələrində çox çox saç baxım maskası olduğundan, maskanı almamışdan əvvəl mütləq yaxşı araşdırmalısan. Bəzi saç baxım maskaları gündəlik istifadə üçün ola bilər, digərləri isə həftəlik istifadəyə uyğun, daha sıx məzmunlu ola bilər. Bəzi saç maskalarını saçda 1-2 dəqiqə gözlətmək lazım olarkən, bəzilərini 15 dəqiqəyə qədər gözlətmək lazım oal bilər.

3. Quru saçlarına da saç maskası tətbiq edə bilərsən. Əgər zamanın varsa, maskanı quru saçlarına çək və 20 dəqiqə qədər saçlarının maskanı əmməsini gözlə, ardından saçlarını durula.

4. Saç maskanla yata bilərsən. Əgər saçlarının çox quru olduğunu düşünürsənsə, saç maskanla yatmağı sına. Saçlarının uclarına maskanı tətbiq et, duş boneni tax və yat. Səhər oyanıb, saçlarını duruladığında yumşaq saçların olacaq.

5. Saç maskasını istifadə etmək üçün cox vaxt sərf etmənə gərək yoxdu: Saç maskası tətbiq etmək saatlar sürməz, yalnız iki dəqiqə saçlarında gözlətməyin və durulaman baxımlı saçlara sahib olmaq üçün kifayətdir.

Saç baxım maskalarını bir an əvvəl saç baxımı prosesinə əlavə edib göz oxşayan parlaqlıqda, sağlam saçlara qovuşmağını tövsiyə edirəm.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 9 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri