Yağlı və quru saçlar üçün qulluq maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 221
Səs ver:
(səs: 0)
Quru və normal saçlar üçün maskalar

Çörək maskası:
- Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın.
Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.

Bal maskası:
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın.
Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun.

Yumurta maskası:
- 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı
saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.

Yağlı saçlar üçün maskalar
Yoqurt, kefir, qatıq maskası:
- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür.
Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.

soğan maskası:
- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır,
saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin
çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan
suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı
polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.

Saçları qalın və hamar edən maska


Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
- Bal
- Konyak
- Zeytun yağı

Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen
papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun.
Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxalayın.
Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri