Çətin daranan saçlara sahibsəniz bu məlumatlar çox xeyrinizə yarayacaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 624
Səs ver:
(səs: 0)
Yuyarkən əvvəl saç kremi, sonra şampun istifadə edin

Ümumiyyətlə saç yumada əvvəl şampun sonra saç kremi istifadə edilİr. Evoria, buruq saçlar üçün tam tərsini təklif edir. Buruq saçlara sahib olanlar, saçlarını yuyarkən saçlarını yaxşıca islatdıqdan sonra diblərinə dəyməyəcək şəkildə kremləməlidirlər. Təxminən iki dəqiqə gözləyib bol suyla durulamalı,ardından saçları bir-birinə qarışdırmadan, İNCƏ hərəkətlərlə şampuanlamalıdırlar.Bu sayədə buruq saçlar daha asan daranacaq və elektriklənməyəcək. Buruq saçlar üçün ideal saç yuma aralığını isə bir gündür.Saçları bir gün arayla yumaq; saç sağlamlığını qorumaq və asan şəkilləndirmək üçün idealdır.

Qızıl məlumatlar:
İLK ADDIM – duş qəbul etmədən öncə saçlarınızı hələ quru ikən darayın.
Bu zaman (və təbii ki, digər bütün daramalarda) mütləq saç tipinizə uyğun daraqlardan istifadə edin.Saçlarınızı duş qəbul etməzdən öncə darayaraq dolaşıqları açdığınız üçün saçlarınızı yuyarkən də daha az dolaşacaq.

İKİNCİ ADDIM – Saç tipinizə uyğun olan şampunlardan istifadə edin.
Müşahidələrimə əsasən onu deyə bilərəm ki, xanımlar şampun seçimlərinə çox zaman diqqətsiz yanaşır və öz saç tiplərinə uyğun şampunları seçmirlər.Öncə də qeyd etdiyim kimi çətin daranma quru və yorğun saçların əlamətidir.Qurumuş saç telləri üçün şampun seçərkən təbii ki, nəmləndirici xüsusiyyətlərə malik şampunlardan istifadə etmək vacibdir.

ÜÇÜNCÜ ADDIM–
Çalışın hər yuyulmadan sonra saçlarınızın uclarına balzam çəkib durulayasınız.
Bir çox xanımlar saçları tökməsindən şikayətləndiyi üçün saçlarına balzam tətbiq etməkdən çəkinir.Ancaq balzam saçları parlaq və axıcı etdiyi üçün saçlar üçün olduqca önəmlidir.Xüsusən də çətin daranan saçlarda.Saçların balzamdan tökülməsinin səbəbi isə yanlış istifadədən qaynaqlanır.Belə ki, balzam sadəcə saç uclarına istifadə üçün nəzərdə tutulub,şampun kimi saç diblərinə tətbiq etmək isə doğru deyil.

Durulama suyu soyuq olmalıdır.

Şampunlanmış saçı durulamağ üçün istifadə edilən suyun soyuq olması, saçların parlaq və yumşaq olmasını təmin edər. Soyuq su; saçın ən üst layını örtər və elektriklənməsini qabaqlayar.Saçı tamamilə qurutmanın da çox əhəmiyyətli olduğu deyilir. Çünki saçlarda nəm qalsa,əlavə buruqlaşmağa səbəb olacaq və saçın təbii görünüşünü pozacaq.

Gözəlliklər sizinlə Olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri