Qızlar, dəri növünüzü test edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1689
Səs ver:
(səs: 0)

 

 

Sual: üzünüzü təmizləyici losyonla silərkən nə hiss edirsiniz?
1. Sanki, dərim dartılır. 
2. Dərim hamardır, heç bir xoşagəlməz hisslər keçirmirəm. 
3. Quruluq və göynəmə meydana çıxır. 
4. Dəri zərifdir, xoşagələn hisslər keçirirəm.
5. Üzümün bəzi hissəsində quruluq, digər hissəsində ha-marlıq hiss edirəm.

Sual: üzünüzə təmizləyici krem sürtərkən hansı hissləri keçirirsiniz?

1. Xoş hisslər.
2. Dəri hamardır.
3. Müxtəlif: bir yerdə – xoş, digərində göynəmə.
4. Sanki dəri həddən artıq yağlanır.
5. Dəri bəzi hissədə yağlıdır, digər hissədə hamar.

Sual: günün ortasında üzünüz özünü necə hiss edir?

1. Qabıq verir.
2. Dəri təmiz və təravətli qalır.
3. Dərimin ayrı-ayrı yerləri qabıq verir və qızarır.
4. Dərim yağdan parıldayır.
5. Dərim alın, çənə və burun hissədə parıldayır.

Sual: üzünüzü losyonla (toniklə) sildikdən sonra hansı hisslər yaranır?

1. Dəridə göynəmə hissi.
2. Heç bir hiss yoxdur.
3. Qaşınma və göynəmə meydana gəlir.
4. Xoş təravət.
5. Bəzi yerdə təravət hissi, digər yerdə göynəmə.

Sual: Üzünüzə yağlı gecə kremi yaxdıqdan sonra hansı hisslər yaranır?

1. Çox xoş.
2. Xoş.
3. Bəzən – qıcıqlanma, bəzənsə xoş hisslər.
4. Dəri çox yağlı olur.
5. Yanaqlarda xoş hisslər, burun, çənə və alın hissədə isə dəri yağlı olur.

Əgər sizin cavablarda üstünlük təşkil edirsə:

1 – dəri qurudur;
2 – dəri normaldır;
3 – dəri həssasdır;
4 – dəri yağlıdır;
5 – dəri kombinə edilmişdir (alın, burun və çənə nahiyəsində yağlıdır, yanaqlarda normaldır).

Sızanaq səpkisindən əziyyət çəkənlər üzlərini yulaf lopalarından hazırlanmış cövhərlə yuya və azacıq turşulaşdırılmış su ilə yaxalaya bilər. Məsaməli dəri sahiblərinə səhərlər soyudulmuş çay cövhərilə yuyunmaq xeyirlidir.

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1689
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
derim cox qurudur zeytunyaginnan istifade edirem.
16 iyul 2012 16:42
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ayshen
Dərim yaglidir,ama burda əksi cixdi) tesekkurler yene de
16 iyul 2012 16:04
1

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri