Saçlara qulluqda etdiyiniz səhvlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 192
Səs ver:
(səs: 0)
Bir çox qadınlar saçlarına qulluq edəndə onlara xeyir əvəzinə zərər vurmuş olur. Sizilərə doğru olduğunu düşündüyünüz 7 səhv qulluqları deyəcəyik.

1. Əslində kəpək yağlı dəridə daha çox meydana gəlir. Əgər hər gün yuduğunuz üçün saçlarınızın quruduğunu və kəpəkləndiyini düşünürsünüzsə, təbii şampunlardan istifadə edin.

2. Saçlar dibdən uzanır. Yəni saçlarınızın ucundan bir az kəsmək onların uzanmasına mane olmaz. Saçlarınızın bütünlüklə sağlam uzanmasını istəyirsinizsə, 12 həftədən bir kəsdirin.

3. Saçların ağarması daha çox genetika və yaşlanma ilə bağlıdır. Yaşlandıqca saçların təbii rəngini verən melanin daha az istehsal olunur. Stress isə sizin yaşlanmanızı sürətləndirir.

4. Saçlarınızı yığan zaman həddən artıq sıxmanız saç diblərinin gərilməsinə və saçların tökülməsinə səbəb olur. Normal formada yığsanız, heç bir ziyanı olmaz.

5. Ustalar saçları yuduqda son dəfə üzərindən soyuq su axıdırlar. Bu, nahaq yerə deyil. Çünki soyuq su saçların daha düz, parlaq görünməsinə kömək edir. Lakin saç telində hər hansı canlı hüceyrə olmadığı üçün saç telləriniz soyuq, ya da isti suya hər hansı bir reaksiya verməyəcək.

6. Saçlarınızı daradığınız zaman saç diblərindəki yağ bütün saçlarınıza yayılır. Lakin çox daradığınız halda qırılmalar və elektriklənmələr qaçılmazdır. Sadəcə lazım olduğu qədər və uclardan başlayaraq yumşaq formada darayın.

7.Hər bir şampunun saçlarda fərqli təsiri var. Şampunun təsiri saçların mövcud durumuna görə dəyişiklik göstərə bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri