Yağlı saçlar üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 729
Səs ver:
(səs: 0)
Saçlarınıza toxunmayın

Yağlı saçlar sizə "mənə toxunma" deyir. Bu, doğrudur: saçlarınıza toxunmayın. Əllərinizi saçlarınızın arasına salaraq arxaya sığallamayın. Çünki hər dəfə saçlarınıza toxunduğunuzda yağ vəzlərini hərəkətə keçirmiş olursunuz.

Limon suyu
Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.

Yağlı saçlar üçün maskalar
Yoqurt, kefir, qatıq maskası:
- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür.
Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.

soğan maskası:

- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır,
saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin
çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan
suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı
polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 729
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri