Saçlarınız gec uzanırsa... - 5 SƏBƏB

Müəllif: Barbaris
Şərhlər: 10
Baxılıb: 4 653
Səs ver:
(səs: 0)
Saçların vəziyyəti insanın sağlamlığının göstəricilərindən biridir. Bəzən qadın fikir verir ki, onun saçları, demək olar uzanmır.

Qadinla.con saglamolun.az-a istinadən bildirir ki, bu simptom həm saç və baş dərisi, həm də digər orqan və sistemlərinin xəstəliklərinə işarə edə bilər.
Saçların gec uzanmasının əsas səbəbləri:

1. Seboreya (kəpək). Seboreya zamanı saçların soğanaqlarının qidalanması pozulur ki, nəticədə saçlar gec uzanır və sürətlə tökülür.

2. Vitamin çatışmazlığı. Sağlam və gözəl saçlar üçün vacib olan vitaminlər bunlardır: A, C, E, B qrupu. Bu vitaminlərin çatışmazlığı zamanı saçlar gec uzanır, tökülür, solğun və cansız olur.

3. Həzm sistemi xəstəlikləri. Bu xəstəliklər zamanı orqanizmə qida ilə daxil olan vacib maddələrin sorulması prosesi pozulur ki, nəticədə orqanizmdə vitamin-mineral çatışmazlığı yaranır.

4. Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi (hipotireoz) zamanı saçlar çox gec uzanır və tökülür.

5. Güclü və uzunmüddətli streslər zamanı saçların uzanması ləngiyir.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri