Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 5 532
Səs ver:
(səs: 2)
Pitraq (elmi ad - "at pıtrağı") və xüsusilə də onun kökü saçların sağlamlığına və xarici görünüşünə çox müsbət təsir edir - saçları bərpa edir, möhkəmləndirir, saçların uzanmasını sürətləndirir, tökülməsini azaldır, saçları canlı və parlaq edir, kəpəyi müalicə edir.

Pıtraq bitkisi saçları gözəl və baxımlı etmək üçün qədim zamanlardan istifadə olunur. Pıtrağın kökü yazın sonunda yığılır və qurudulur.

İstifadə qaydası:
3 x.q. xırdalanmış pıtraq kökünün üzərinə yarım l qaynar su tökün, vam odda 10 dəqiqə qaynadın, 1 saat dəmləyin və yaxşı süzün. Dəmləməni saçları köklərinə sürtün və ya saçları yaxalamaq üçün istifadə edin. Bir müddət keçdikdən sonra saçların keyfiyyətinin xeyli yaxşılaşmasını görəcəksiniz.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri