İlan yağı, ilan qanı, yumurta sarısı - YAYDA SAÇLARA NECƏ QULLUQ ETMƏLİ?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 811
Səs ver:
(səs: 2)
Gözəl saçlara sahib olmaq hər bir xanımın istəyidir. Amma bu istək asanlıqla gerçəkləşmir. Çünki bunun üçün saçlara düzgün qulluq tələb olunur.

APA TV-nin məlumatına görə, yay mövsümü başlayan kimi xanımları ən çox narahat edən məsələlərdən biri də məhz bununla bağlıdır - günəş şüaları saçları qurudur.

Saç və vizaj ustası Ramalə Qasımova deyir ki, saçqıranların artması əlavə problemlər yaradır: “Apreldən başlayaraq üzü yaya doğru saçqıranlar artır. Bu, saçın quruması ilə əlaqədardır. İlk növbədə A vitamini çatışmazlığı, mədə-bağırsağında problemləri olanlar bu halla daha çox qarşılaşırlar. 1 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı gənəgərçək yağı və yarım limonun qarışığından hazırlanan maskadan istifadə etmək olar - saçın dibindən ucuna qədər yaxşıca masaj etmək lazımdır. Bu maska həm saça parlaqlıq verir, həm qidalandırır, uzadır, həm də saçqıran düşməsinə imkan vermir”.

Maskanı 20-30 dəqiqə saxladıqdan sonra çox da isti olmayan su ilə yumaq lazımdır. Mütəxəssis təbii vasitələrdən istifadə etməyi də məsləhət görüb: “Adi yumurta saç üçün çox xeyirlidir. Əgər saçlar yağlıdırsa, yumurtanın ağından istifadə etmək lazımdır. Əgər yağlılıq normaldırsa, sarısından istifadə etmək olar. Bu, saça həm parlaqlıq verir, həm də qidalandırır. Badam yağı olan maskalardan istifadə etmək olar. Aloe tərkibli maskalardan da gözəl nəticə almaq olur”.

Saçın uzun və ya qısa olmasından asılı olmayaraq, hər gün evdən çıxmadan öncə saçın ucuna su vurmaq lazımdır. Çünki saç ucundan qidalanır. Qurumanın qarşısını almaq üçün bu üsula əl atmaq yaxşı effekt verir. Günəşdən qorumaq üçün saçın yalnız ucuna aloe və ya kokos yağı vurmaq olar.

1 xörək qaşığı buğda yağı, 1 yumurtanın sarısı və limon... Bu maskadan isə həftədə bir dəfə istifadə etmək də saçlar üçün çox faydalıdır. O ki qaldı boyalı saçlara, orqan yağı daha yaxşı effekt verir. O, saçqıranları məhv edir, yanıqlarla mübarizədə faydalıdır, quruluğu aradan qaldırır.

Dənizə gedən xanımlar da adətən müəyyən çətinliklərlə qarşılaşırlar. Ramalə xanım duzlu suyun saçı qurutduğunu qeyd edir. Bununla mübarizə aparmaq üçün onun xüsusi maskası var: “İlan yağından çox istifadə edirəm. Hətta bu yaxınlarda ilanın qurumuş qanından da istifadə etməyə başlamışam. İlan yağı həm saçı artırır, həm parlaqlıq verir, həm də saç ümumiyyətlə, gözəl görünür. Hazırladığım xüsusi maskanın effekti bir həftə davam edir”.

Saç ustası xanımlara diqqətli olmağı məsləhət görür. İlan yağından kortəbii istifadə etmək olmaz. Bundan əlavə, ilan yağının üz dərisinə az miqdarda olsa belə, dəyməsi tüklənmə yarada bilər.

Ramalə xanım mövsümün dəbi haqqında da danışıb. Qısa kəsimlər, buz sarısı çalarında rənglər dəbdədir. Dərisi tünd olan xanımlara açıq rəngli saç boyalarından istifadə etmək məsləhət görülmür. Qızılı rənglərə üstünlük versələr, daha yaxşı olar.

Necə deyərlər, hər zaman gözəllikdə!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri