Saçı yağlı olan xanımlara həkim məsləhəti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 145
Səs ver:
(səs: 1)
Qadınların ən böyük problemlərindən biri saçlarının tez yağlanmasıdır. Gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı görünməyə başlayır.
Nəticədə xanımlar hər gün saçlarını yumağa məcbur olur.
loading.az xəbər verir ki, dermatoveneroloq Elçin Sadıqovun dediyinə görə, yağlı saç deyə bir şey yoxdur, əslində saçlı dəri yağlıdır və bu yağ saçları yağlandırır. Düz saçlı insanlarda saçlı dəridə ifraz olunan yağ gün ərzində sürətlə saçlara yayılır. Buruq saçlı insanlarda isə yağ saçlara doğru az yayılır.
Yağlı saçın zərərləri nələrdir?
Həkimin sözlərinə görə, şiddətli dərəcədə olan yağlanmanın qarşısı alınmazsa, bu, saçlarda tökülməyə gətirib çıxarır. Bundan əlavə pitrosporium adlanan və saçlı dəridə olan bir göbələk sayını artıraraq, saçlarda kəpəklənməyə və seboreik ekzemanın ortaya çıxmasına və ya alovlanmasına səbəb olur. Bu səbəblə yağlanmanın qarşısının alınması saç və saç dərisinin sağlamlığı baxımından çox vacibdir.
Saçlar hansı intensivliklə yuyulmalıdır?
E.Sadıqov deyir ki, bir çox insanlar şampunların saçlı dərini deyil, saçları yuduğunu düşünür. Əslində şampunlar saçlı dərini təmizləmək və saçın sağlam qalması üçün icad olunub. Buna görə də şampun seçimi saçlı dəriyə uyğun edilməlidir. Yağlı saçın çox yuyulması saç dərisindəki yağ hüceyrələrinin buna öyrəşməsinə və saçların daha da çox yağlanmasına səbəb olur. Ona görə də yağlı saçlar günaşırı yuyulmalıdır.
Yaşlı saçları olan xanımlara iki məsləhət təqdim edirik:

Limon suyu
Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.

Aloe-vera
Eyni miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər gün edin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri