Dərinin Növünün Müəyyənləşdirilməsi üçün Test

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1185
Paylaş:
Səs ver:
(səs: 0)


Dərinin növünü bilmədən dəridəki problemləri həll etməniz çətin ola bilər.Odurki dərinizin hansı növ olduğunu müəyyən edin.


Sual: üzünüzü təmizləyici losyonla silərkən nə hiss edirsiniz?
1. Sanki, dərim dartılır.
2. Dərim hamardır, heç bir xoşagəlməz hisslər keçirmirəm.
3. Quruluq və göynəmə meydana çıxır.
4. Dəri zərifdir, xoşagələn hisslər keçirirəm.
5. Üzümün bəzi hissəsində quruluq, digər hissəsində ha-marlıq hiss edirəm.

Sual: üzünüzə təmizləyici krem sürtərkən hansı hissləri keçirirsiniz?

1. Xoş hisslər.
2. Dəri hamardır.
3. Müxtəlif: bir yerdə – xoş, digərində göynəmə.
4. Sanki dəri həddən artıq yağlanır.
5. Dəri bəzi hissədə yağlıdır, digər hissədə hamar.

Sual: günün ortasında üzünüz özünü necə hiss edir?

1. Qabıq verir.
2. Dəri təmiz və təravətli qalır.
3. Dərimin ayrı-ayrı yerləri qabıq verir və qızarır.
4. Dərim yağdan parıldayır.
5. Dərim alın, çənə və burun hissədə parıldayır.

Sual: üzünüzü losyonla (toniklə) sildikdən sonra hansı hisslər yaranır?

1. Dəridə göynəmə hissi.
2. Heç bir hiss yoxdur.
3. Qaşınma və göynəmə meydana gəlir.
4. Xoş təravət.
5. Bəzi yerdə təravət hissi, digər yerdə göynəmə.

Sual: Üzünüzə yağlı gecə kremi yaxdıqdan sonra hansı hisslər yaranır?

1. Çox xoş.
2. Xoş.
3. Bəzən – qıcıqlanma, bəzənsə xoş hisslər.
4. Dəri çox yağlı olur.
5. Yanaqlarda xoş hisslər, burun, çənə və alın hissədə isə dəri yağlı olur.


Əgər sizin cavablarda üstünlük təşkil edirsə:

1 – dəri qurudur;
2 – dəri normaldır;
3 – dəri həssasdır;
4 – dəri yağlıdır;
5 – dəri kombinə edilmişdir (alın, burun və çənə nahiyəsində yağlıdır, yanaqlarda normaldır).


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1185
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv