Dəriniz üçün Qidalandırıcı maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 516
Səs ver:
(səs: 0)

 

Qidalandırıcı maska
   Əziz xanımlar, bu maskaları etdikdən sonra inanın dəriniz uşaq dərisi kimi təravətli yumşaq olacaqdır. Bu isti yay günlərində mütləq dərimizi günəşin zərərli şüalarından qorumalıyıq və inanın ki,aşağıdakı maskalar sizə çox kömək edəcək.
1çay qaşığı bal, 1çay qaşığı qliserin, 1çay qaşığı badam yağı və 1 çay qaşığı herkules. Bunları bir-birinə yaxşıca qarışdırın. Qarışığı üz və boyun bölgəsinə sürtün. 10 -15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 10 gün davamlı etsəniz dərinizdəki dəyişikliyi özünüz hiss edəcəksiniz. 
1 bananı 2 çay qaşığı südlə əzmək və içinə 2 çay qaşığı kök suyu əlavə edib soyuducuda 20 dəqiqə saxladıqdan sonra çıxardıb tərkibinə 2 çay qaşığı zeytun yağı da əlavə edirik. Yenidən bunları qarışdırıb tərkibinə yarım çay qaşığı herkules əlavə edib üzünüzə və boyun bölgəsinə sürtə bilərsiniz. Yarım saat saxlamaq və sonra da ilıq su ilə yumaq lazımdır.
2 çay qaşığı droj, 1 çay qaşığı badam yağı və sonra da üzərinə 3-4 damcı limon şirəsi əlavə edirik. 10-15 dəq üzümüzdə saxladıqdan sonra ilıq su ilə yuyuruq.
1 çay qaşığı nəmləndirici krem, 1 çay qaşığı badam yağı, 1 xörək qaşığı bal, 1 yumurta ağını götürüb bir kasada həll edib , üzərinə 4 damcı limon şirəsi əlavə edirik. 20 dəq saxladıqdan sonra ilıq su ilə yuyuruq.

 

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri