Ev şəraitində qidalandırıcı maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 27 818
Səs ver:
(səs: 5)
Qaymaq ilə qidalandırıcı maska:
Bir yumurtanın ağını köpük alınana qədər çalın. Üzərinə bir stəkan qaymaq, bir stəkan araq, bir limonun şirəsini, bir çay qaşığı qliserin əlavə edib yaxşı qarışdırın. Alınmış məhluldan ompress edin və ya üzünüzə gecə çəkib səhər yuyun. Bu lasyonu 6 aydan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar.

Xama və kəsmikdən qidalandırıcı maska:
bir xörək qaşığı təzə xaman bir xörək qaşığı bir az köhnəlmiş, duzsuz kəsmiklə qarışdırın. Üzərinə bir çay qaşığı duz əlavə edin. Yaxşı qarışdırdıqdan sonra 15-20 dəqiqəlik üzünüzə çəkin. Sonda öncə isti sonra soyuq su ilə yuyun. Bu maska 4-6 həftə ərzində, həftədə 1-2 dəfə olmaqla istifadə olunur.

Yumurta sarısından qidalandırıcı maska:
bir yumurta sarısı arpa unu ilə qarışdırın. Üzünüzə çəkin 15 dəqiqədən sonra qurumuş maskanı isti su ilə üzdən çıxarmaq, syuq su ilə isə üzü yumaq lazımdır.

Aloy ilə qidalandırıcı maska:
10 qr. Yağlı kremə 7 qr. biostumlləşmiş aloy şirəsini əlavə edin (apteklərdən əldə etmək olar). Üzünüzə çəkin və 25 dəqiqə saxlayın sonda üzünüzü lasyonla silin.

Yumurta və badam yağı ilə qidalandırıcı qidalandırıcı maska:
bir çay qaşığı dazotu suyu (aptekdən əldə edə bilərsiniz), bir çay qaşığı badam yağı və bir yumurta sarısını birlikdə qarışdırın. Üzünüzə çəkin və üstünə tənzif qoyub 20 dəqiqə saxlayın və isti su ilə yuyun. Prosedur bitdikdən sonra üzünüzə qidalandırıcı krem çəkin.

Çay ilə qidalandırıcı maska:
Hazırlanmasında istifadə olunacaq: bir çay qaşığı mayonez, bir çay qaşığı qidalandırıcı krem, bir çay qaşığı tünd çay. Mayonezi kremlə qatın və tədricən içinə çayı əlavə edin. Maskanı üzə və boyuna çəkməzdən öncə üzünüzü isti südlə silin. Maskanın birinci qatını yüngül dairəvə hərəkətlə üzünüzə çəkin. 2-3 dəqiqədən sonra ikinci qatı çəkin. 10-15 dəqiqədən sonra maskanı su və süd qatqısından (1:1) hazırlanmış məhlul ilə silin.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 27 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri