Rəngli və zədələnmiş saçlara qulluq

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 3 250
Səs ver:
(səs: 0)
Təzəlikcə boyanmış saçlara qulluğu iki mərhələyə bölmək olar: ilk iki həftə rəngli saçlar üçün keyfiyyətli şampun və kondisionerdən istifadə ilə kifayətlənmək olar. Növbəti həftələr isə (boyadan yenidən istifadə edənə kimi) saç və baş dərisi üçün maskalardan istifadə etmək, həmçinin müvafiq qulluq prosedurları üçün arabir gözəllik salonuna getməkdən ibarətdir.

Zədələnmiş saçlar və başın həssas dərisi üçün sulfatsız şampunlar yaxşı seçimdir, bundan əlavə, pH dərəcəsi bu şampunlarda aşağı olur.
Bizə məlumdur ki, saçlar müxtəlif səbəblərdən zədələnə bilər. Tez-tez boyanma və, əksinə, rəngin açılmasından əlavə, həmçinin pis qidalanma, avitaminoz, fendən gündəlik istifadə (əsasən də xüsusi termomüdafiə vasitələrindən istifadə etməməklə) və, təbii ki, şampun və kondisionerlərin seçimində saçın növ və quruluşunun nəzərə alınmaması saçlara ciddi ziyan verir.

Yaxşı nəmləndirmə saçların bərpası üçün əsas amildir. Saçlarınıza uyğun şampun taptıqdan sonra gözləməyin ki, bir dəfə istifadədən sonra saçlarınız tamamilə bərpa olacaq. Unutmayın ki, şampun ilk növbədə təmizləyici vasitədir. Əlavə olaraq, həmin seriyadan saç qulluğu üçün digər vasitələrə də diqqət ayırın: maska, balzam, yağların tərkibindəki komponentlər bir-birini tamamlayır və effekti daha da gücləndirir.
Zədələnmiş saçları tərkibində jojoba, şi, kokos, gənəgərçək yağı ekstraktı olan maskalar əla bərpa edir. Həmçinin maska, serum və digər qulluq vasitələrinin tərkibində pantenol axtarın. Aminturşular və proteinlər saçları bərpa etməkdə yardım edirlər.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri