Mövsümi saç tökülməsinin təbii həlli yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 100
Səs ver:
(səs: 0)
Gündə 100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.

Qadinla.com bu yazıda oxucuları saç tökülməsinin təbii həlli yolları ilə tanış edir.

Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər. Odur ki, ilk növbədə səbəbini araşdırmalısınız. Bu, stress, müxtəlif xəstəliklər, saç yaş halda yatmaq, tez-tez saç rəngləmək, yaxud başqa amillərlə əlaqəli ola bilər.
Əvvəlcə sağlam qidalanmaya diqqət etmək lazımdır. Daha sonra prosiyanidin tərkibli bitkilərdən istifadə etməlisiniz. Prosiyanidin antioksidant xüsusiyyətlərə malik olan və saç köklərinə birbaşa təsir edən faydalı maddədir.

Saç diblərini möhkəmləndirən bitkilər
Alma
Arpa
Üzüm çəyirdəyi
Kakao
Qaragilə
Yaşıl çay
İtburnu

Qida rasionunuzda bu məhsullara yer verin. Xüsusilə meyvə-tərəvəzlər həm bədəni, həm də saçları gücləndirir.

Qaraçörəkotu yağı
Hr dərdin dərmanı olan qaraçörəkotu yağındakı A, B1, B2, B6, E, C vitaminləri baş dərisini dərindən qidalandırır. Qaraçörəkotu yağını saç dibinə masaj edərək sürtün.

Nanə yağı
Nanənin sərinləşdirici təsiri saç diblərini, baş dərisini sakitləşdirir və saçları daha da gurlaşdırır.

Rozmarin
Rozmarin də saç köklərini canlandırır və gurlaşdırır. 3-4 damcı rozmarin yağını bir xörək qaşığı zeytun yağı və ya badam yağı ilə qarışdırıb saçlara masaj edərək çəkin.

Aloe vera
Aloe vera yarpaqlarını iki hissəyə bölüb geli saç dərisinə çəkin. Bu, saç tökülməsi problemini aradan qaldıran ən effektli vasitələrdən biridir. Aloe bitkisi saçın pH dəyərini tarazlaşdıraraq baş dərisinin nəmini normaya salır.

Saç və dəriyə zərər verən kimyəvi maddələrdən uzaq durun. Tərkibi zülal və B qrupu vitaminləri olan məhsullar yeyin.

Stressdən və spirtdən uzaq durun, siqareti tərgitməyə çalışın. A vitamininin həddən artıq qəbulu da saç tökülməsinə təkan verir. Odur ki, diqqətli olun.

Saçınızı hər gün yumayın. Bu, saçı və baş dərisini daha da zəiflədir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 100
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri