Saçlarınızın sağlamlığı üçün salat resepti

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1 986
Səs ver:
(səs: 0)
Saçlarınızın parıldamasını istəyirsinizsə, yalnız qulluqla kifayətlənməyin. Yediklərinizi diqqətli seçərək qısa müddətdə gur, parlaq və sağlam saçlara sahib ola bilərsiniz.

Oksford Universitetinin professorlarının apardıqları araşdırmalar qida menyusunda avokado, zeytun yağı, müxtəlif göyərtilər, qızıl balıq və badam kimi qidaların üstünlük təşkil etdiyi insanların saç problemi yaşamadığını müəyyənləşdirib.

Mütəxəssislər bildirir ki, bu qidalar həftədə ən azı 3-4 dəfə yeyilməlidir. Üstəlik, hamısını eyni vaxtda qəbul etdikdə təsiri daha güclü olur.
Bu salatı xörəklərin yanında və ya qəlyanaltı zamanı yemək olar.

Tərkibi:
200 qram qızıl balıq filesi
2 çay qaşığı zeytun yağı
1 dəstə tərə
Yarım avokado
1 çay qaşığı sirkə
15 ədəd badam
Yarım stəkan qabıqdan təmizlənmiş günəbaxan tumu
Zövqə görə duz və qara istiot

Hazırlanması:
Zeytun yağını duz və istiotla qarışdırın. Qızıl balığı bu qarışığa bulayıb tavada qızardın.
Kənarda böyük bir boşqaba əlinizlə iri-iri hissələrə ayırdığınız tərələri tökün.
Tərəni bıçaqla doğramaq məsləhət deyil, çünki bu göyərtiyə bıçaq dəyəndə onun tərkibindəki bir çox dəyərli maddə itir.
Badamı və dilim-dilim doğranmış avokadonu tərənin üzərinə əlavə edin. Bişmiş balığı avakadonun üzərinə
yerləşdirin. Sonda, günəbaxan tumu və sirkəni əlavə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri