Saçları gurlaşdıran 3 sadə vasitə

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 3 657
Səs ver:
(səs: 1)
Sağlam və baxımlı saçların sirri nədir? Saçları gurlaşdırmaq üçün nə etməliyik? Hazırda əksər xanımların saçla bağlı ən çox verdiyi suallar bunlardır.Sizə təbii yollarla sağlam və gur saçlara nail olmağın yollarını sadalayırıq.

Yumurta ilə saç gurlaşdırmaq
Yumurtanın tərkibində saç üçün lazım olan bir çox faydalı vitamin və mineral var. Yumurta ağı güclü bir protein qaynağıdır. Protein saç follikullarını gücləndirərək saçı daha gur hala gətirir. Yumurta maskası çox asandır. Yumurta sarısını və ağını qarışdırıb saçlarınıza sürtün. 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska ilə siz fərqi dərhal hiss edə biləcəksiniz.

Gicitkənin saça faydaları
Gicitkənin tərkibindəki kimyəvi birləşmələr saç tökülməsinə səbəb olan dihidrotestesteron adı verilən DHT hormonunu aradan qaldırır və saç tökülməsini əngəlləyir.Gicitkəni əlcək vasitəsilə sapından ayırın və bir qazana qoyub üzərinə su tökərək qaynadın. 5 dəqiqə boyunca qaynatdığınız gicitkən suyunu 10-15 dəqiqə dəmlənməyə qoyun və süzün. Saçlarınızı bu su ilə yuduqdan sonra durulayın. Bir-iki dəfə bunu təkrar etdikdən sonra daha gur saçlara qovuşa bilərsiniz.

Badam yağı ilə saçlara qulluq
Tərkibindəki möhtəşəm vitamin və minerallarla dəriyə və saça çox faydalı olan badam gur saç üçün ən ideal qidalardan biridir. Yağı və südü ilə də metabolizma və həzm sistemimizə yardımçı olan badam müxtəlif narahatlıqlara faydalıdır.

Badam yağını duşa girməzdən əvvəl saçlarınıza vuraraq yaxşı nəticə əldə edə bilərsiniz. 3 xörək qaşığı badam yağını saç diblərinizə və saç uclarınıza sürtün. Bir az saxladıqdan sonra saçlarınızı yuyun.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri