Mövsümi saç tökülməsinin təbii həlli yolları

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 788
Paylaş:
Səs ver:
(səs: 1)
Gündə 50-100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər.

Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.
Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər. Odur ki, ilk növbədə səbəbini araşdırmalısınız. Bu, stress, müxtəlif xəstəliklər, saç yaş halda yatmaq, tez-tez saç rəngləmək, yaxud başqa amillərlə əlaqəli ola bilər.

Əvvəlcə sağlam qidalanmaya diqqət etmək lazımdır. Daha sonra prosiyanidin tərkibli bitkilərdən istifadə etməlisiniz. Prosiyanidin antioksidant xüsusiyyətlərə malik olan və saç köklərinə birbaşa təsir edən faydalı maddədir.

Saç diblərini möhkəmləndirən bitkilər:
- Alma
- Arpa
- Üzüm çəyirdəyi
- Kakao
- Qaragilə
- Yaşıl çay
- İtburnu

Qida rasionunuzda bu məhsullara yer verin. Xüsusilə meyvə-tərəvəzlər həm bədəni, həm də saçları gücləndirir.

Qaraçörəkotu yağı
Hər dərdin dərmanı olan qaraçörəkotu yağındakı A, B1, B2, B6, E, C vitaminləri baş dərisini dərindən qidalandırır. Qaraçörəkotu yağını saç dibinə masaj edərək sürtün.

Nanə yağı
Nanənin sərinləşdirici təsiri saç diblərini, baş dərisini sakitləşdirir və saçları daha da gurlaşdırır.

Rozmarin
Rozmarin də saç köklərini canlandırır və gurlaşdırır. 3-4 damcı rozmarin yağını bir xörək qaşığı zeytun yağı və ya badam yağı ilə qarışdırıb saçlara masaj edərək çəkin.

Aloe vera
Aloe vera yarpaqlarını iki hissəyə bölüb geli saç dərisinə çəkin. Bu, saç tökülməsi problemini aradan qaldıran ən effektli vasitələrdən biridir. Aloe bitkisi saçın pH dəyərini tarazlaşdıraraq baş dərisinin nəmini normaya salır.

Saç və dəriyə zərər verən kimyəvi maddələrdən uzaq durun. Tərkibi zülal və B qrupu vitaminləri olan məhsullar yeyin.

Stressdən və spirtdən uzaq durun, siqareti tərgitməyə çalışın. A vitamininin həddən artıq qəbulu da saç tökülməsinə təkan verir. Odur ki, diqqətli olun.

Saçınızı hər gün yumayın. Bu, saçı və baş dərisini daha da zəiflədir.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 788
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Meleknur
Mende normalda da seller sular kimi tokulur bawimda tuk qalmayacag hecne elemirem
28 dekabr 2017 22:09
4
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Online
YalniZ-ArZu
bir az azalib tokulmesi...amma artiq kesdirmeliyem uzanib sixiliram men uzun sacla,isteyirem qisa olsun ki rezine ya zajeme gelmesin...istediyim kimi forma axtariram tapan kimi kesdirecem insallah)
28 dekabr 2017 18:47
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Sacim cox tokulur.Yaglardan istifade edirem.Davamli istifade zamani effekt yaranir
26 dekabr 2017 21:33
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love-Girl
Sacim cox tokulurdu indi biraz azalib18
26 dekabr 2017 20:10
1
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri