Saç şampununuza duz əlavə edin və görün..

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 28 147
Səs ver:
(səs: 3)
Duşdan öncə şampununuza duz əlavə edin. Bu sadə üsul ən böyük saç problemlərindən birini həll edir.

Qadınla.comun məlumatına görə, duz ümumiyyətlə insanların həyatı üçün çox önəmlidir. Bütün dünyada duz, hər gün yemək bişirəndə istifadə olunur. Bununla yanaşı, duzun gözəllik faydaları da var. Bəzi gözəllik vasitələrinə duz əlavə etmək saç və cild üçün həqiqətən möcüzələr yarada bilər.

Saç üçün duzun istifadəsi:
Yağlı saçlara qarşı
Bunun üçün sizə lazım olan tək şey, 2 və ya 3 xörək qaşığı süfrə duzunu istifadə etdiyiniz şampuna əlavə edin və onunla saçlarınızı yuyun. Hətta ilk bir neçə prosedurdan sonra nəticəni görə biləcəksiniz. Saçlarınız artıq yağ olmadan sağlıqlı olacaq.

Kəpəyə qarşı müalicə
Kəpək, baş dərisində formalaşmış ölü dəri hüceyrələrinin qatlarıdır. Duz, baş dərisinin sağlamlığı üçün çox vacib olan qan dövranını stimullaşdırır və eyni zamanda mövcud kəpək topalarını aradan qaldırır. Həm də baş dərisini göbələk yaranmasından qoruyur. Saçlarınızı hissələrə ayırın, saç dərinizə 1 və ya 2 çay qaşığı duz səpin və islaq barmaqlarınızla 10 dəqiqəyə qədər massaj edin. Daha sonra həmişə etdiyiniz kimi yuyun.

Saçların uzanması üçün
Siz keçəlləşmədən əziyyət çəkirsinizsə sizdə saç tökülməsi var. Bunun təbii yolla müalicəsi üçün dəniz duzundan istifadə edin. Saçlarınızı həmişə etdiyiniz kimi yuyun. Daha sonra 10-15 dəq islanmış baş dərinizi dəniz duzu ilə massaj edin və saçlarınızı yenə yuyun. Bu müalicəni 2 ay boyunca həftədə 2 dəfə edin və nəticələr sizi təəccübləndirəcək.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 28 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri