Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 657
Səs ver:
(səs: 2)
Yumurta tərkibindəki vitamin və minerallar sayəsində sağlığınızla yanaşı, gözəlliyinizə də qatqı bəxş edə bilər. Buna görə sadəcə qidalanmanızda deyil, baxımınızda da yumurtadan istifadə edə bilərsiniz

Qadınla.Com yumurtanın tərkibində olan vitamin və mineralların saçlara faydasını təqdim edir:

Protein: Saç diblərini qidalandıraraq saçların sağlam uzanmasını təmin edir.

Yağ turşuları: Saçlara təbii parlaqlıq verir.

Potasium: Quru və zədələnmiş saçlara dərman kimidir.

A vitamini: Saç qırılmalarının qarşısını alır.

D vitamini: Saç tökülməsi və keçəlləyin qarşısını alır.

B12 vitamini: Saçların sağlam uzanmasını təmin edir.

Kalsium: Saçların uzanmasını dəstəkləyir və D vitamini ilə təmin edir.

Daha sağlam, parlaq və canlı uzanan saçlar üçün yumurta ilə hazırlaya biləcəyiniz bu qidalandırıcı maskadan faydalana bilərsiniz.

Ərzaqlar:
1 ədəd yumurta
1 stəkan süd
1 ədəd limon
2 yemək qaşığı zeytun yağı

Hazırlanması:
Saçınızın uzunluğuna bağlı olaraq 1 və ya 2 yumurta istifadə edə bilərsiniz.

Yumurtanın sarısını ağından ayırın. Sarısını təmiz, ayrıca bir qaba əlavə edin. Südü və zeytun yağını qarışdırıb yumurtaya əlavə edin. Limonu sıxın və qarışıma əlavə edin. Limon saç dərinizdə fərəhlik yaradacaq.

Maskanı saç diblərinə və saç uclarına nazik şəkildə masaj edərək tətbiq edin. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra ilıq və ya soyuq su ilə durulayın. Sonra şampununuzla yuyun.

Qeyd: yumurta ağını yağlı saçlar, yumurta sarısını quru və tez qırılan saçlar üçün istifadə edə bilərsiniz. Yumurtanın hamısını isə normal saçlar üçün istifadə edə bilərsiniz.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri