Məşhurların gözəl saçlarının sirri

Müəllif: Fialka
Şərhlər: 12
Baxılıb: 3 950
Səs ver:
(səs: 2)
Tünd rəngli pivə saçlara çox yaxşı təsir edir. Əgər saçınız çox qurudursa, pivəyə bir neçə damcı zeytun yağı əlavə edin və alınan qarışığı saçınıza maska kimi çəkin.

Cennifer Lopezin parlaq saçının sirri pivədədir.
Aktrisa Qvinet Peltrou yarım fincan zeytun yağının masajla saç diblərinə və dərisinə sovrulmasını təmin edir və bir gün saçlarını yumur. Ertəsi gün yağlı saçlarını şampunla yuyur və solğun saçları yenidən həyata dönmüş olur.
Dünyanın ən gözəl sarışını Merilin Monro saçını parıltılı göstərmək üçün içməli sudan istifadə edib.
Tanınmış ifaçı Adel saçını çox nadir hallarda şampunla yuyur.
Müğənni Kiara isə saçını 2 həftədə bir dəfə yuduğunu deyib.
Amerikalı aktrisa, müğənni və teleaparıcı Cessika Simpson isə saçını həftədə 1 dəfə yumaqla kifayətlənir.
Şeron Stoun sağlam görünüş üçün daim müxtəlif saç vasitələrindən istifadə edir. O, saçını şampunla 4 gündən bir yuyur.
Sindi Krouford isə saçını 3 gündən bir yumağa üstünlük verir. Təyyarə səyahətlərindən əvvəl saç baxım kremi çəkib, yumadığı saçlarla səfər edən model bu üsulun saçlarını daha yumşaq etdiyinə inanır.
Avstraliyalı məşhur aktrisa Nikol Kidman  qızılı saçlarının rəngini qızılgül suyunda olan təbii qırmızı piqmentlərlə qoruyur.
Hollivudun cazibədar aktrisası Ancelina Coli  saçlarına həcm vermək üçün saç diblərinə "talk” pudrası vurub darayır.

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri