Əmizdirən ana südü sağmalıdırmı?

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 1 446
Səs ver:
(səs: 0)
Mütəxəssislərin təbii qidalanma sahəsində apardıqları araşdırmalara əsasən, ananın döşü məhz uşaq tərəfindən əmmə prosesinə cavab olaraq müəyyən miqdarda süd hazırlayır.

Yəni əmizdirilmə uşağın tələbatına görə aparılırsa (hər hansı cədvələ uyğun yox, uşağın istəyinə uyğun!), bu halda hər əmizdirilmədən sonra, döş növbəti əmizdirilmə üçün yeni süd porsiyasını hazırlamağa başlayır. Məsələn, əgər körpə gün ərzində 500 ml süd əmirsə, bu halda növbəti gün üçün ananın döşü məhz 500 ml süd hazırlayacaq. Beləliklə, ananın döşü körpənin istəyinə və tələbatına uyğun şəkildə fəaliyyət göstərir. Məlumdur ki, uşaq böyüdükcə get-gedə daha çox süd əmməyə başlayır. Bu zaman ananın döşü də buna uyğunlaşaraq, hər gün, məhz uşağın növbəti tələbatına uyğun miqdarda süd hazırlayacaq.

İndi isə təsəvvür edək ki, ana bütün bunlara əlavə olaraq, hər 3 saatdan bir, öz döşlərindən, məsələn, daha 30 ml süd sağır. Nəticədə o, bir gün ərzində əlavə olaraq 210 ml süd sağmış olur. Uşaq isə gün ərzində cəmi 500 ml süd içir. Ona bundan artıq miqdarda süd lazım deyil, özünü doyuzdurmaq üçün bu miqdar ona kifayət edir.

Nəticə etibarı ilə, ananın döşü, uşağa gün ərzində nə qədər süd hazırlanması barədə yanlış məlumat alacaq. Döşdən nə qədər çox süd sağılmış olarsa, o, bir o qədər artıq miqdarda süd hazırlamağa başlayacaq. Bunun mənfi təsiri nəticəsində isə qadında hiperlaktasiya (südün artıq dərəcədə istehsal olunması) inkişaf edə bilər. Bu zaman ananın döşlərində daim ağırlıq hiss olunacaq və bu ağırlıq hissiyyatı normal haldan fərqli olaraq, uşağın əmizdirilməsindən sonra da keçib getməyəcək. Bundan əlavə, belə hallarda analarda tez-tez laktostaz (süd vəzilərində bərkimiş sahələrin əmələ gəlməsi) baş verir ki, bu da öz növbəsində anaların döşlərinin daim sağılmasını tələb edir. Bütün bu problemlərdən uzaq olmaq üçün, ciddi və tutarlı səbəblər olmadığı halda süd sağmaq lazım deyil.

Ancaq elə hallar da mövcuddr ki, bu zaman döşün sağılmaması mümkünsüz hesab olunur:
- anada südün çox olması, döşün bərkiməsi, laktostaz və ya erkən mərhələdə olan mastit xəstəliyi (döşün iltihabı);

- ana döş gilələrində olan dərin çatları müalicə edir (laktasiyanı saxlamaq üçün ananın döşündə olan südü sağmaq lazımdır);

- hər hansı səbəbə görə ana uşağından ayrıldığı üçün ona laktasiyanı saxlamaq lazım gəlir;

- özü olmadığı halda (ana işə çıxmışdır, məcbur olaraq mağazaya, həkimə və ya digər yerə getmişdir) uşağa ana südünü saxlamaq lazım gəldikdə;

- zəifləmiş laktasiyanı gücləndirmək məqsədi ilə.

Döşün sağılması həm əllə, həm də südsağan aparatla (mexaniki və ya elektrik) aparılır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri