Hamilələrin diqqətinə: düyü yeyin - FAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 501
Səs ver:
(səs: 1)
Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.

Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.
Hamiləlik zamanı qadınlar dəmirə normaldan iki qat daha çox ehtiyac duyur. O baxımdan hamiləliyin son aylarında yeyilən düyü çox faydalıdır. QADİNLA.COM hamilələr üçün düyünün hansı faydaları olduğunu sadalayır.

- Düyü qan şəkəri səviyyəsini sabit saxlamaqla həzmin rahat olmasına və zəngin minerallarla hamiləliyin rahat keçməsinə kömək edir. Təzyiqi nizamlamaq təsiri ilə yüksək təzyiqin qarşısını alır.

- A vitamini dəri, saç, diş əti sağlamlığı üçün əhəmiyyətlidir.

- B1 vitamini hüceyrə yaranması, həzm sistemi, sinir sistemi üçün əvəzedilməz vitamindir.

- B2 vitamini enerji verir.

- Tərkibindəki kalsium sağlam bədən, sümük toxuması üçün, diş çürüməsi, əl-ayaqladakı gücsüzlük, bədən ağrılarına qarşı faydalıdır. Bundan başqa, düyü hamilələrin ehtiyac duyduğu fol turşusu ilə də zəngindir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri