Həftədə üç dəfə yoqa ilə məşğul olsanız...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 430
Paylaş:
Səs ver:
(səs: 0)
Yoqa ilə məşğul olmaq insanlar arasında geniş yayılıb. Son zamanlar isə hamilələr də yoqa ilə məşğul olurlar. Mütəxəssislər yoqanın hamilələrin və doğulacaq uşağın sağlamlığı üçün olduqca faydalı olduğunu bildirirlər. Qadınla.Com qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Murat Nakinin hamilə yoqası haqqında maraqlı məlumatlarını diqqətinizə çatdırır.

Yoqa hamiləlik dövrünü daha rahat keçirmək, nəfəs və yoqa çalışmaları ilə beli və onurğanı dəstəkləmək, bulantı, qıcolma və gərginlikləri yüngülləşdirmək, bədəni doğuşa hazırlamaq üzrə tətbiq edilən professional çalışmalardır.

Hamilə yoqası yalnız spontan vaginal doğuşa hazırlaşanlar üçün deyil, uşaq gözləyən hər qadın üçün faydalıdır.

Qadının fiziki və psixoloji halı dəyərləndirilərək, həkim məsləhəti ilə 14-15-ci həftələrdə gələcək analar hamilə yoqası ilə məşğul ola bilərlər.

Yoqa ideal bədən duruşunun təmin edilməsi, dərin nəfəs, əl hərəkətləri, təmizlənmə-rahatlama məşqləri, meditasiya texnikaları ilə hamiləlik əsnasında bir çox şikayətlər və problemlərin aradan qaldırılmasında yardımçı bir üsuldur

Yoqa ilə məşğul olan hamilələrdə yuxu problemlərinin azaldığı və bu hamilələrin gecə daha az oyandığı müşahidə edilib. Həmçinin bu hamilələrin stress faktorları ilə daha asan mübarizə apardığı, yemə alışqanlıqları və çəki nəzarəti daha yaxşı olduğu müəyyənləşib.

Yoqa bədən duruşunun düzəlməsi, doğuş sırasında aktiv rolu olan bel, qarın və pelvik əzələlərin qüvvətinin artırılması və zamanı gəldikdə rahatlamasına kömək edən dərmansız köməkdir.

Aparılan araşdırmalarda həftədə üç dəfə bir saat, xüsusilə doğuşa yaxın 12 həftəlik dövrdə edilən yoqa ilə doğuş ağrısını azaldığı və doğuş zamanını qısaltdığı ortaya qoyulub.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 430
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
yoqa stresi azaldir
16 mart 2018 22:31
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Üzel..
Xebere gore tewekkurler..
13 mart 2018 22:24
2
#Людям не всегда нужны советы. Иногда им нужна рука, которая поддержит. Ухо, которое выслушает и сердце, которое поймет.
Только действия человека говорят о его личности и его отношении к вам, не верьте словам, просто наблюдайте и вы увидите истину.Не возобновляй общение с теми, кто тебя предал, такие люди не меняются.✔
Offline
CANAN
Melumati oxumag xos oldu tsk
13 mart 2018 18:34
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri