Suyun gəlməsi doğuşun başlanmasına işarədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 149
Səs ver:
(səs: 3)
Bütün hamilə qadınlar doğuşun başladığını suyun gəlməsi ilə bilir. Hətta bəziləri suyun istənilən an gələ biləcəyindən qorxduqları üçün hamiləliklərinin son dövrlərində çölə çıxmağa çəkinir. Lakin bir çoxları bu vəziyyətdə nələrə diqqət ediləcəyindən xəbərsizdir. Mütəxəssislər bildirir ki, su gəlirsə, ilk növbədə sakit olmaq əhəmiyyətlidir. Çünki bu, uzun doğuş prosesinin ilk addımıdır. Qadınla.Com hamilələrə bu haqda bəzi faktları təqdim edir.

“Su” nədir?

Ümumiyyətlə, “su” adlandırılan bu maye, əslində körpənin ətrafında olaraq onu infeksiyalardan qoruyan nazik pərdə və amniyon kisəsinin içini dolduran amniyotik mayedir. Amniyon kisəsi doğuş başlayanda, doğum müddətində və ya doğuş anında belə, cırıla bilər. Suyun gəlməsi doğuş öncəsi əlamətdir və bu barədə mütləq həkimə bildirməlisiniz.

Su gəldikdə doğuş başlayırmı?

Suyun gəlməsi doğuşun dərhal həmin an başlayacağı anlamına gəlmir. Sancılar dərhal da başlaya bilər, daha sonra da. Hamiləlik sancılarına bənzəyən, getdikcə çoxalan bir hiss də yaşaya bilərsiniz. Sancılar suyun gəlişindən saatlar və hətta bəzən günlər sonra da başlaya bilər.

Su gəldikdə nə ola bilər?

Su yavaş bir sızıntı şəklində, damcı-damcı və ya çox nadir hallarda şiddətli formada axaraq da gələ bilər. Suyun gəldiyini düşünürsünüzsə, lakin gözlənilən doğuş tarixi hələ gəlməyibsə, sancı olsa da-olmasa da, dərhal xəstəxanaya gedin və həkiminizlə görüşün. Çünki belə bir vəziyyətdə körpə yarımçıq doğula, təcili müdaxilə tələb edən fəsadların baş verməsi ehtimalı da ola bilər.

Su gəldikdə bez və ya alt paltarınızı həkiminizə göstərməyiniz vacibdir. Hər hansı bir şübhə varsa, həkim aşağıdakı üsullardan istifadə edə bilər:

- Suyun toplanıb-toplanmadığını görmək üçün vaginaya spekulum yerləşdirmək: Həkim infeksiya testi üçün yaxma götürə bilər.

- “Amnicator” testi edilə bilər. Amniyotik maye ilə təmas edildikdə tünd mavi rəng alan narıncı rəngli pambıq çubuqdur (suyun pH tarazlığını ölçərək, suyun amniyon suyu olub-olmadığını təsbit edən bir vasitədir).

Bəzən bu üsulların heç biri konkret nəticə vermir. Ən təcrübəli həkim belə, suyun gəlib-gəlmədiyini anlamaqda çətinlik çəkə bilər. Bu vəziyyətdə yeganə yol daha çox mayenin gəlib-gəlməyəcəyini görmək üçün gözləməkdir. Çox vaxt su gəlmədikdə həkim hamilə qadını evə göndərir. Bu hal yalnız körpə yarımçıq olmadıqda edilir.

Mayenin rəngi fərqlidirsə, nə ola bilər?

Mayedə sarı, yaşıl və ya qəhvəyi rəng dəyişikliyi fərq etsəniz, dərhal xəstəxanaya gedin. Bu, böyük ehtimalla mekonyumdur - körpənin ilk bağırsaq hərəkəti ilə gələn maddə. Rəngdə yüngül bir dəyişiklik narahatlıq üçün səbəbi deyil, ancaq tünd və qalın bir konsistensiya ciddi problemlərə işarə etmiş ola bilər.

Mekonyumun qalınlığı, körpənin stress altında olduğunun göstəricisi ola bilər. Üzərində maye olan dəsmalları, paltarları və ya bezləri həkiminizə göstərmək üçün saxlayın.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 10 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri