Duğuş önü ələamətlər

Müəllif: Love-Girl
Şərhlər: 3
Baxılıb: 2 942
Səs ver:
(səs: 0)
Hər bir hamilə qadın böyük həyəcanla və sevinclə körpəsinin dünyaya gəlməsini gözləyir. Doğuş vaxtı yaxınlaşdıqca hamilə qadın onun orqanizmində baş verən dəyişikliklərə və doğulacaq körpənin hərəkətlərinə daha diqqətli olur.Doğuşun ana və körpə üçün travmasız olması vacib şərtlərdən biridir. Bunun üçün doğuşdan öncə qadın orqanizmində müəyyən dəyişikliklər baş verməlidir. Doğum yollarının toxuması- uşaqlıq boynunun, uşaqlıq yolunun, aralığın toxuması elastik, gərilən, eyni zamanda zədələnmələrə davamlı olmalıdır. Uşaqlıq boynu dəliyi gələcək hissənin mərkəzində yerləşməli , öz ölçüsündən 2 dəfə qısalmalı və ya hamarlaşmalıdır, eyni yamanda elastik olmalıdır. Doğuş önü dölün başı çanaq girəcəyinə pərçim olmalı, uşaqlıq boynu dəliyi 2-2,5 sm açıq olmalıdır. Bütün bu proseslər bir günün içində baş vermir. Hamiləliyin 38-ci həftəsindən qadın orqanizmi doğuşa hazırlaşmağa başlayır. Lakin müəyyən səbəblərdən bəzən hormonal balans pozulur və bu proseslərin gedişatı pataloji hala keçir. Belə olan halla doğuş vaxtında baş vermir, ya əvvəl olur və ya gecikir. Belə olan halda həkim müdaxiləsinə ehtiyac olur. Doğuş önü əlamətlərin baş vermə səbəbləri?

Doğuşdan əvvəl qadın orqanizmində hormonal dəyişikliklər baş verir. 9 ay müddətində qadın orqanizmində əsas rol oynayan progesteron hormonu hamiləliyin normal keçməsini təmin edir. O, uşaqlığın normal tonusunu, dölü infeksiyadan qoruyan servikal seliyin (uşaqlıq boynunda olan selikli tıxacın) ifrazını təmin edir. Hamiləlik dövründə dölün boyu və onun normal inkişaf etməsi, ananın qanında qida maddələrinin və oksigenin konsentrasiyası ,onların vaxtında dölə çatması progesteron hormonunun miqdarından asılıdır. Doğuşa yaxın progesteron hormonunun ifrazı azalır, əvəzində esterogen hormonunun ifrazı artır. Bu hormonun ifrazı qadını doğuşa hazırlayır. Esterogen hormonu doğum yollarının elastikliyini və keçiriciliyini təmin edir. İlk dövrdə uşaqlıq boynunun açılması, ikinci dövrdə isə uşaqlıq yolunun elastikliyi və gərilməsi bu hormondan asılıdır.

Doğuşun başlanması prosesi də esterogen hormonundan asılıdır: tutmalar sinir impulsları nəticəsində baş verir. Sinir impulsları isə qanda esterogenin maksimal səviyyədə toplanması nəticəsində yaranır.Doğuş önü əlamətlərə xas olan ümumi xüsusiyyətlər:-Aşağıda qeyd olunan bütün doğuş önü əlamətlər normal hal kimi qəbul olunur. Bu əlamətlər sadəcə doğuş qabağı orqanizmdə baş verən dəyişikliklər nəticəsində yaranır.-Doğuş önü əlamətlərin doğuşdan qabaq müşahidə olunmaması patalogiya sayılmır. Bu o demək deyil ki, doğuş qabağı hamilə qadının orqanizmində dəyişikliklər baş vermir , sadəcə bu dəyişikliklər özünü hiss olunmaz dərəcədə göstərir.-Doğuş önü əlamətlərin birinin baş verməsi yaxın 2 gün-2 həftə ərzində körpənin dünyaya gəlməsini bildirir. Lakin bu 100% deyil. Orqanizmdə baş verən hormonal dəyişikliklər təxminən doğuşdan 2 həftə qabaq baş verir. Doğuş önü əlamətlərin bu müddət ərzində baş verməməsi patalogiya deyil.Aşağıdakı vəziyyətlərdə hamilə qadın həkimə müraciət etməlidir:- cinsi yollardan müxtəlif miqdarda al rəngli ifrazat olduqda-qarında güclü ağrılar olduqda-arterial təzyiq 130\80 dan yuxarı olduqda-temperatur 37.5 C dən yuxarı olduqda-ürək vurğularının sayı 100-dən çox olduqda-güclü baş ağrıları, ürəkbulanma, görmə pozulduqda -ödemlər kifayət qədər artdıqda-döl tərpənmədikdə və ya hərəqəfləti artıb - azaldıqda-dölyanı mayenin axmasına şübhə olduqdaDoğuşun yaxınlaşdığını bildirən əlamətlər:1.Çəkinin azalmasıDoğuşa yaxın müddətdə hamilə qadının çəkisi azalır. Çəkinin bu dövrdə azalması orqanizmdən artıq miqdarda mayenin xaric olması , ödemlərin azalması nəticəsində baş verir. Mayenin azalması esterogen hormonunun ifrazı nəticəsində olur. İlk növbədə hamilə qadın əllərində, dizlərində və ayaqlarında ödemin azaldığını görür.

Doğuş öncəsi çəkinin azalması 0,5-2,5 kq arasında təsadüf olunur.Qarın işləməsiDoğuş qabağı qarın işləməsi gündə 2-3 dəfə olur. Nəcisin konsistensiyası, rəngi dəyişir. Bu əlamətlərin yaranması esterogen hormonundan asılıdır. Hamilə olmayan qadında bu cür əlamətlər aybaşı öncəsi baş verir. Qarın işləməsi, nəcisin rənginin, iyinin dəyişməsi, ürəkbulanma və qusma ilə yanaşı baş verməsi qida intoksikasiyasına şübhə yaradır. Bu zaman həkimə müraciət olunmalıdır. Uşaqlıq dibinin düşməsiBuna qarnın düşməsi də deyirlər. Doğuşdan qabaq dölün başı uşaqlığın aşağı seqmentinə sıxılır və onu aşağı dartır, kiçik çanaq girəcəyinə sıxır. Uşaqlığın dibi aşağı endikdən sonra tənginəfəslik aradan qalxır. Hamiləliyin son dövrlərində uşaqlıq dibinin diafraqmaya təzyiqi nəticəsində həzm sisteminin yuxarı şöbəsinin orqanları yerini dəyişir. Nəticədə gəyirmə, qıcqırma, qida qəbulundan sonra mədədə ağırlıq hissi yaranır. Uşaqlıq dibinin aşağı düşməsi nəticəsində bu əlamətlər aradan qalxır. Kiçik çanaq nahiyəsinə doğru enmiş uşaqlıq orada yerləşən orqanlara təzyiq edir. Bu orqanlardan biri sidik kisəsidir. O,bilavasitə uşaqlığın aşağı hissəsinin önündə yerləşmişdir. Uşaqlıqdan bir neçə santimetr arxada isə düz bağırsaq ampulu yerləşir. Nəticədə doğuş qabağı sidik və nəcis ifrazı artır. Selikli tıxacın ifraz olunmasıHamiləlik vaxtı servikal kanalın selikli qişası xüsusi sekret ifraz edir. Bu yapışqanlı, jeleyəbənzər , özünə məxsus tıxac yaradan sekretdir. Selikli tixac bütünlükləservikal kanalı tutur, bakterial floranın uşaqlıq yolundan uşaqlığa keçməsinin qarşısını alır. Beləliklə bu tıxac dölü infeksiyalardan qoruyur. Doğuşdan qabaq esterogenlərin təsiri nəticəsində uşaqlıq boynu yumşalır, uşaqlıq boynu kanalı açılır və onun daxilindəki servikal selik xaric olur. Bu zaman hamilə qadında sarımtıl, şəffaf, jeleyəbənzər, iysiz selik ifrazı olur.

Selik ifrazı birdəfəlik və ya bir gün müddətində hissə-hissə ola bilər. Selik ifrazından sonra hamilə qadın vanna qəbul etməməli və baseyndə çimməməlidir. Selikli tıxac olmadığı üçün dölün infeksiya ilə yoluxması baş verə bilər.Doğuşönü tutmalarTutmalar uşaqlıq divarının yığılması nəticəsində baş verir. Belə tutmalar adətən bir neçə saniyə çəkir. Tutma zamanı qadın qarın nahiyəsində tədricən artan, sonra isə tədricən azalan gərginlik hiss edir. Bu vaxt əli qarın nahiyəsinə qoyduqda qarın daş kimi sərt olur, tutmalardan sonra isə qarın tam boşalır və yenidən yumşalır. Yalançı sancılar zamanı qarında gərginlik yaranmır. Yalançı tutmaları həqiqidən fərqləndirmək çətin deyil. Yalançı tutmalar zəif , ağrısız , qeyri-requlyar və ya böyük fasilələrlə olur.(30 dəqiqədən bir və ya ondan çox) Yalançı tutmalardan fərqli olaraq həqiqi tutmalar uşaqlıq boynunun açılmasına səbəb olur.

Yalançı tutmalar adətən hamilə qadını səhər və axşam saatlarında narahat edir və bir neçə gün davam edir.Diskomfort hissiDoğuşdan öncə axırıncı həftələr bir çox hamilələr qarnın aşağı hissəsində və oma nahiyəsində diskomfort hiss edirlər. Bu cür dəyişikliklər çanaq bağlarının dartılması və kiçik çanaq orqanlarına gələn qanın artması nəticəsində baş verir. Bu cür diskomfort menstruasiya önü vəziyyətlə analojidir. Belə diskomfort selikli tıxacın xaric olması və yalançı tutmalarla müşahidə olunur. Diskomfort hamilə qadını səhər və axşam saatlarında narahat edir. Beləliklə bütün doğum önü vəziyyətlər axırıncı 2 həftə müddətində yarana bilər. Doğum önü əlamətlərin olmaması da norma sayılır. Hamilə qadın orqanizmində baş verən dəyişikliklərdən qorxmamalı və hər şeydən əvvəl körpənin doğulmasına mənəvi və fiziki cəhətdən hazır olmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri