Hamiləlik dövründə doppleroqrafiya

Müəllif: Love-Girl
Şərhlər: 5
Baxılıb: 3 724
Səs ver:
(səs: 1)
Hamiləlik dövründə doppleroqrafiya “lehinə” və “əlehinə”
Hamiləlik - çox gözəl vaxtdır, lakin körpənin dünyaya gəlməsi hamilə qadında həm sevincli, həmdə ki, qorxulu hissərlə müşaət olunur. Gələcək analar, ultrasəsin zərərli təsiri haqqında müxtəlif “ hekayələrə” qulaq asıb, belə müayinələrdən keçməyə qorxurlar. Adi ultrasəs müayinəsi körpənin inkişafını qiymətləndirmək üçün aparılır, amma, bundan başqa, müəyyən müddətlərdə hamilə qadınlara ultrasəs müayinənin növlərindən biri hesab edililən doppleroqrafiya aparılmalıdır .

Dopplerin köməyi ilə nəyi bilmək olar?
Dopplerometriya gələcək ananın və onun körpəsinin arasında gedən qan dövranını öyrənən metodlarından biridir. Son illərdə bu metod hamiləliyin ikinci yarısında( 20 həftədən sonra ) geniş istifadə etməklə yanaşı həm də erkən müddətlərə belə ( 11-14 həftə arası müddətlərdə) məsələn preeklampsiya risk qrupunda olan hamilə qadınları üzə çıxardılması üçün istifadə edilir. Bu müayinin nəticəsində körpənin ürəyinin sağlamlığı haqqında, ürək döyüntüsünü , həmçinin, onun müxtəlif orqanlarının nə dərəcədə qanla təchiz edilməsi haqqında məlumat əldə etmək mümkündür. Məhz dopplerin sayəsində ciftin fəaliyyətinin azlığını, göbək ciyyəsinin boynuna dolanmasını və ya dölün hipoksiyasını təyin etmək olar.

Doppler nə dərəcədə ziyansızdır?
Qeyd etmək lazımdır ki, məhz dopplerin köməyi ilə hamiləlik dövründə dölün inkişafına mənfi təsir edən faktorları əvvəlcədən aşkar etmək mümkündür, lakin eyni zamanda müayinəni aparan həkim istehlatçıdan təhlükəsizliyi göstərən bütün informasiyanı nəzərdə tutmalıdır, əsasən dölün sümük və qaz ilə zəngin toxuması olan orqanlarına baxdıqda. Əgər aparatın ekranında bu göstəricilər əks olunmasa bu zaman həkim doppler müayinəsinin müddətini maksimal olaraq qısaltmalıdır.

Hamiləlik dövründə doppleroqrafiya
Göbək ciyəsi rəngli doppler
Hamiləlik dövründə doppleroqrafiya
Göbək venası rəngli doppler

Dopplerdən bütün hamilə xanımlar keçməlidirmi ?
İllər ərzində aparılan böyük maştablı tədqiqatlar nəticəsində belə qənaətə gəlinib ki, hamiləlik dövründə doppler müayinəsi yalnız göstəriş olduqda aparılmalıdır. Buna sübut, müxtəlif illərdə aparılan nəticələrə görə dopplerin həssaslığının az olmasını göstərmək olar . Başqa sözlə desək profilaktika məqsədi ilə Doppler müayinəsi aparılmamalıdır. Göstərişlərin arasında isə aşağadakıları qeyd etmək olar:

Hamilə qadında olan müxtəif xəstəliklər:
1. Qestozlar
2. Qan təzyiqinin yüksək olması
3. Böyrək xəstəlikləri
4. Şəkərli diabet
5. Qanda rezus konfliktlər
6. Əvvəlki hamiləliklərin fəsadlı keçməsi

Döldə yaranan müxtəlif fəsadlar
1. Dölün inkişafdan qalması
2. Ciftin erkən yetişməsi
3. Dölün ürəyində müxtəlif qüsurlar
4. Göbək ciyəsinin anomaliyaları
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri